“Nar” abunəçiləri eSIM-lə rəqəmsal rahatlığı seçir!
27-10-2022, 16:17
Oxunub: 3 960
Azərbaycanda ilk dəfə "Nar” tərəfindən üztanıma texnologiyası ilə təqdim olunan eSIM xidmətindən yararlanan abunəçilərin sayı artmağa davam edir. Tamamilə onlayn şəkildə xidmətə qoşulma imkanı sayəsində son 1 ay müddətində rəqəmsal nömrəsini aktivləşdirən abunəçilərin sayı 24% artıb. Mobil operatorun verdiyi məlumata görə qoşulan cihazlar arasında liderlik iPhone və Samsung markalı telefonların payına düşür.
Xatırladaq ki, plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya nömrə dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zərurətini aradan qaldırır, eləcə də təkkartlı telefonlarda belə bir neçə nömrənin istifadəsini mümkün edir. Cihazınızın eSIM texnologiyasını dəstəklədiyindən əmin olmaq üçün *#06# kodunu yığın. eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək mümkündür.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər