BolgeXeber.Com » Fotoqalereya » Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR

Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR

3-06-2015, 14:21
Oxunub: 4 267 Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLARYerlər zəbt edilir, qanunsuz tiklilər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər

Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləyib.
Prezident İlham Əliyev paytaxta qanunsuz evlərin tikildiyini də bildirib:
“İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tiklilər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.
Azinform.az-ın apardığı araşdırma nəticəsində əldə etdiyi konkret faktlar əsasında müəyyən edib ki, ölkə başçısının bu xəbərdarlığa Bakının Nizami rayonunda əməl edilmir. İlk olaraq araşdırmaya Keşlə qəsəbəsindən başladıq. Qəsəbənin “Azkontakt” şirkətinin qarajı ilə üzbəüz ərazisində qanunsuz tikililər tam sürətilə davam etdirilir. Maraqlıdır ki, zəbt olunaraq villaların tikildiyi yer tikintinin aparılması qadağan sayılan Neftayırma zavodunun ərazisinə düşür. Bu heç də, o anlama gəlməsin ki, əraziyə cavabdeh şəxslərin baş verənlərdən xəbəri yoxdur. Çünki bir neçə gün bundan əvvəl, Tahir Budaqov şəxsən həmin ərazidə olub. Onun hansı məqsədlə qanunsuz tikililərin aparıldığı əraziyə təşrif buyurması barədə nəsə deyə bilmərik. Ancaq Tahir Budaqovun gəlişindən sonra tikinti dayanmayıb, əksinə, tam gücü ilə davam edirsə, deməli, İcra Hakimiyyətinin özü bu tikitinin aparılmasına şərait yaradır. Əks təqdirdə, biz Prezidentin irad bildirdiyi Dostluq parkındakı mənzərə ilə rastlaşardıq. Yəni kimə məxsus olmasndan asılı olmayaraq, villalar sökülərdi. Bir faktı da qeyd edək ki, Keşlə qəsəbəsində rayon icra hakimiyyəti başçısı Tahir Budaqovun yaxın qohumu olan Rəşid adlı şəxsin icazəsi olmadan daşı daş üstə qoymaq belə mümkün deyil. Qəsəbə sakinlərilə etdiyimiz söbətdən bəlli oldu ki, Rəşid Keşlə qəsəbəsi İcra Nümayəndəliyində kiçik vəzifə tutsa da, külli ixtiyar sahibidi və qanunsuz tikililərə birbaşa o, nəzarət edir. Elədirsə, qadağan edilmiş strateji bir ərazidə tikilən nə az, nə çox, 20-yə yaxın villanı Rəşid niyə görmək istəmir? Biz bu sualın cavabını Nizami rayon rəhbərliyindən gözləyirik və məmnuniyyətlə sayta yerləşdirməyə etməyə hazırıq. Qeyd edək ki, Keşlə qəsəbəsində qanunsuz tikililərin necə əmələ gəlməsinin tam mexanizmi barəsində də məlumatlıyıq. Bəzi faktları dəqiqləşdirdikdən sonra bu mətləblərə də toxunacayıq.

Tia.az Azinforma.az-a istinadən məqalədə bəhs edilən qanunsuz tikililərin şəkillərini təqdim edir:
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
Nizami rayonunda zavod ərazisində tikintiləri kim aparır - FOTOLAR
BOLGEXEBER.COM