38 yaşlı rusiyalı Avropanın ən gözəl nənəsi seçildi – FOTO
25-01-2016, 09:19
Oxunub: 4 975
Rusiyalı gözəl bu gözəllik yarışmasında ən gənc iştirakçı olub
Sankt-Peterburqlu müğənni Yelizaveta Rodina yanvar ayının 21-də Bolqarıstanda keçirilən “Missis nənə Kainat-2016” müsabiqəsində Rusiyanı təmsil edib, amma yalnız ikinci nominasiyada yer alıb.
Oxu.Az xəbər verir ki, yanvar ayının 21-də Bolqarıstanda illik gözəllik müsabiqəsi “Missis nənə Kainat” keçirilib. Burada qələbə uğrunda 38 yaşlı peterburqlu nənə Yelizaveta Rodina da iştirak edib. Amma yalnız ikinci yeri tutaraq “Missis nənə Avropa-2016” adını qazanıb.
Rodina “Komsomolskaya pravda” qəzetinə verdiyi müsahibəsində onu “balaca nənə” adlandırdıqlarını da bildirib.
Yeri gəlmişkən, Yelizaveta daha bir xüsusi “Мissis Evening Dress” mükafatını alıb, o, bu mükafatı “Kübarlıq və öz obrazını dəfilədə ziyafət geyimlərində təqdim etmə qabiliyyətinə görə” alıb.
Qran-pri və “Missis nənə Kainat” titulu gərgin mübarizədə müsabiqəyə ev sahibliyi edən ölkənin təmsilçisinə - 44 yaşlı bolqar Donna Vasilyevaya qismət olub.
38 yaşlı Yelizaveta Rodina yalnız 20 yaşlı qızı olan ana deyil, eləcə də 3 aylıq qız nənəsidir. Bununla yanaşı o, çox gözəl və gənc görünür!
Yelizaveta Sankt-Peterburqda çox məşhurdur. O, qızı Anna ilə “Dekameron” qrupunu yaradıb və indi tez-tez şəhərin musiqili bayramlarında və televiziyada çıxış edirlər.
Yelizaveta Rodina qızı Anna ilə.
Ana və qız bacı kimi görünür və ətrafdakılar bu gözəllərdən hansının daha böyük olduğunu anlaya bilmirlər.
Rusiyalılar artıq bir neçə dəfə bu prestijli gözəllik müsabiqəsinin qalibi olublar.
Belə ki, 2009-cu ildə kainatın ən gözəl nənəsi Rostov-na-Donudan olan beş nəvənin nənəsi 47 yaşlı Yelena Tveritneva olub.







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər