Azərbaycanlı yanacaqsız işləyən təyyarə mühərriki icad edib-FOTO
6-04-2013, 15:05
Oxunub: 8 721
“Gələcəyin təyyarələri yanacaqsız işləyəcək”. Bu barədə lent.az-a Milli Aviasiya Akademiyasının “Hava nəqliyyatının texniki istismarı” fakültəsinin 4-cü kurs tələbəsi Turan Məmmədli deyib. Onun sözlərinə görə, bu mühərriklər standart mühərriklərdən fərqli tamamilə yanacaqsız işləmə qabiliyyətinə malik olacaq.
T.Məmmədli bu mühərriklər böyük potensiala və gələcəyi dəyişmək kimi böyük gücə malik olacağını deyib: “Artıq Milli Aviasiya Akademiyasının təyyarə mühərriki mütəxəssisləri layihə ilə tanış olub, Elmi Tədqiqat İnstitutuna layihənin baxılması və sınaqların keçirilməsi haqqında məlumat verilib”.
Turan Məmmədli bu mühərriklərin ən yaxşı tərəflərindən birinin ekoloji cəhətdən təmiz olduğunu vurğulayıb: “Çünki atmosferə burdan yanacaqdan ayrılan heç bir qaz daxil olmur. Normal təyyarə mühərriklərində yanma kamerasında yanacağın yanmasından genişlənən hava mühərrikin soplosundan yüksək sürətlə çıxan hava şırnağı təyyarəni önə doğru itələyərək hərəkətə gətirir. Lakin mənim hazırladığım mühərriklərdə yanma kamerasında yanacaq yanmır, burda süni elektrik boşalması yaradaraq yüksək temperatur əldə edilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər