İqtisadçı Vüqar Bayramov erməniləri susdurdu
12-09-2011, 13:05
Oxunub: 7 121
Vüqar Bayramov: "Sizləri Bakıda erməni kilsəsini ziyarət etməyə dəvət edirəm, amma mənə işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmamış bir məscid göstərə bilərsinizmi, gedib orada namaz qılaq?!"
Məlum olduğu kimi 7-10 sentyabrda Polşanın Krınıtsya şəhərində İqtisadi Forum keçirilib. Bu forum əhəmiyyətinə görə "ikinci Davos" adlandırılır. Forumda bir çox ölkələrin prezidentləri, baş nazirləri, deputatları, Avropa Birliyinin sədri, tanınmış iqtisadçılar iştirak ediblər
Diqqəti çəkən forumda gərginliyin yaşanması olub. Belə ki, Cənubi Qafqazla bağlı panel başlayan kimi tədbirdə iştirak edən ermənilər spikerlərin əyləşdiyi masanın önünə guya Naxçıvanda dağıdılmış abidələrin şəkillərini düzməyə başlayıblar. Azərbaycanlı iştirakçılar şəkilləri yığışdırmağa cəhd göstərsələr də panelə moderatorluq edən Avropada Erməni Təşkilatları Forumunun prezidenti Aşot Qriqoryanın sərt reaksiyası ilə qarşılaşıblar. Bundan sonra Panelin Azərbaycandan olan spikerləri İqbal Ağazadə (millət vəkili), Vüqar Bayramov (İSİM sədri ) və Azər Səfər (Beynəlxalq Bankın Moskvadakı nümayəndəsi) forumu tərk ediblər. Panelin işi iflic olub. Azərbaycan nümayəndə heyəti forumun təşkilatçılarının diqqətinə şəkillərin yığışdırılmadığı halda panelin işində iştirak etməyəcəklərini çatdırıblar. Bundan sonra forumun təşkilatçıları məsələyə reaksiya verərək şəkillərin yığışdırılmasını tapşırıblar.
Azərbaycan nümayəndə heyəti panelə qayıdıb və müzakirələr davam edib. Çıxışları Azərbaycanın tənqidi üzərində qurulan erməni nümayəndə heyətinin iki əsas iddiası olub - Guya Naxçıvanda erməni abidələri dağıdılıb. Azərbaycan hərbi xərclərini artırır.
İqtisadçı alim Vüqar Bayramov iddialara cavab olaraq bildirib ki, Azərbaycanda nə erməni, nə də digər xalqların mədəni abidələri dağıdılmayıb: "Bakıda şəhərin mərkəzində yerləşən eməni kilsəsi hələ də qorunur. Mən bütün forum iştirakçlarını Bakıya dəvət edirəm, gəlin şəhərin mərkəzində erməni kilsəsini ziyarət edin. Amma siz mənə işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmamış bir məscid göstərə bilərsinizmi, gedib orada namaz qılaq?!"
Digər arqumentlə bağlı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın hərbi xərclərinin artması heç də ölkənin sülh tərəfdari olmadığı anlamına gəlməməlidir: “Azərbaycanın dövlət büdcəsi son 6 ildə 5 dəfə artıb və büdcədə artan sadəcə hərbi xərclər deyil. Bütövlükdə büdcə gəlirləri artıdığından digər xərclərdə də artım olub. Hərbi xərclərin artması ölkənin dövlət gəlirlərinin artması fonunda baş verib”.
Erməni tərəfi azərbaycanlı iqtisadçının arqumentlərinə hər hansı irad tuta bilməyib. Eyni zamanda Vüqar Bayramov forum təşkilatçılarına ermənilərin Qafqazla bağlı panellərə moderator kimi dəvət edilməsinə son qoyulması istiqamətində müraciət edib. Azərbaycanlı alimin bu təklifi təşkilatçılar tərəfindən qəbul edilib. Vüqar Bayramov öz çıxışında həmçinin regionda həyata keçirilən iqtisadi layihələr və eləcə də Azərbaycanla Gürcüstan arasında inkişaf edən əlaqələrdən danışıb. Bildirib ki, son 5 ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından hələ də çəkilməməsi bu ölkənin regional iqtisadi inteqrasiyada və eləcə də regional layihələrdə iştirakını mümkünsüz edib.
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər