“2 miylon dollar vermişik, ancaq rüşvət yox, rüsum”
23-09-2011, 17:45
Oxunub: 6 735
Xəbər verdiyimiz kimi BBC-nin “Newsnight” teleproqramı Azərbaycandan Beynəlxalq Boks Təşkilatı sayılan dünya boks seriyasına gizli sürətdə milyonlarla dollarlar ödənildiyini iddia edib.
Telekanal adı çəkilməyən mənbəyə istinadən bu pulların Azərbaycan boksçularının 2012-ci il London Olimpiadasında 2 qızıl medal qazanacağına zəmanət olaraq ödənildiyini bildirib. Qurumun rəhbərlərindən biri Ayvan Xodabaxş bu ittihamların tamamilə yalan olduğunu söyləyib.
“Biz AİBA olaraq çox şəffaf təşkilatıq. Biz əvvələr bu pis idarə olunan idmanın tamamilə şəffaf olunması üçün əlimizdən gələni etmişik”, - deyə Ayvan Xodabaxş bildirib
Olimpiya döyüşlərinin təşkilatçısı olan Beynəlxalq Həvəskar Boks Assosasiyası isə öz növbəsində Azərbaycanın bu seriyadan olan yarışlardan birinin fonduna həqiqətən 9 milyon dollar köçürdüyünü təsdiq edib. Bununla belə AİBA bu sövdələşmənin razılaşdırılmış medal alınması ilə bağlı iddianı rədd edir. AİBA prezidenti Çinq-Kuo Vu danışılmış döyüşlər barədə yayılmış söhbətin əsassız və absurd olduğunu deyib. O, Dünya Boks Seriyasının fəaliyyətinin şəffaf olduğunu bildirərək, onun rəhbərlik etdiyi təşkilatın korrupsiyaya dözülməz münasibət bəslədiyini və bu ittihamların araşdırılması üçün hazır olduğunu da əlavə edib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev ANS-ə açıqlamasında məsələyə münasibət bildirərək səslənən ittihamları gülünc adlandırıb.
“Hər hansı bir ölkə Dünya çempionatı, Avropa çempionatı və digər turnirləri keçirirsə, mütləq bunun üçün rüsum ödəməlidir. Bu artıq AİBA-da təsdiq olunmuş məsələdir. Rüsumun məbləğinə gəldikdə isə bu rəqəm 2 milyon dollardır və məbləğ AİBA-nın hesabına köçürülür”, - deyə Ağacan Əbiyev bildirib.
Ağacan Əbiyev bu ittihamların Azərbaycan Boks Federasiyasından daha çox AİBA-ya qarşı yönəldiyini də əlavə edib.
Xatırladaq ki, sentyabrın 25-də Bakıda boks üzrə 2012-ci il London yay Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatının açılışı keçiriləcək. Sabah isə Bakı Beynəlxalq Boks Assosiasiyasının növbədənkənar konqresi keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər