BolgeXeber.Com » Müsahibə-Reportaj » Zaqatala inkişaf edir-VİDEO

Zaqatala inkişaf edir-VİDEO

27-04-2014, 17:35
Oxunub: 6 026 Son zamanlar Zaqatala rayonunda aparılan geniş abadlıq-quruculuq işləri göz oxşayır

Rayonda bütün sahələrdə gedən inkişaf göz qabağındadır.Zaqatalada müasir standartlara uyğun işıq dirəkləri quraşdırılıb, gözəl istirahət mərkəzləri ,parklar salınıb, yollar təmir olunur. Mərkəzi prospekt və küçələrin yaxınlığındakı evlərin dam örtüyü, qapıları, fasad hissəsi dövlət vəsaiti hesabına və rayonun memarlıq üslubunu qorumaqla yenilənib. Zaqatala rayonu yolların tam asfaltlanmış olması, hər tərəfdən ağaclarla əhatə olunması ilə diqqəti çəkir. Şəhərin mərkəzində ucalan üçrəngli bayraq isə şəhərə xüsusi gözəllik verir. Respublikanın ən səfalı yerlərindən biri olan Zaqatala son zamanlar yerli və xarici turistləri özünə daha çox cəlb etməyə başlayıb və bu istiqamətdə rayonda bir sıra ciddi addımlar atılıb. Bütün bu yeniliklər sakinlərin də ürəyincədir. Əməkdaşımızın söhbətləşdiyi rayon sakinləri də rayondakı inkişafı təsdiqləyirlər. Bolgexeber.com-un əməkdaşının bu yaxınlarda Zaqatala rayonundan hazırladığı reportajı təqdim edirik.
Bolgexeber.com