BolgeXeber.Com » Müsahibə-Reportaj » Qənirə Paşayeva erməniləri “sökdü”

Qənirə Paşayeva erməniləri “sökdü”

6-10-2011, 19:10
Oxunub: 6 286 AŞPA-nın payız plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumda nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib.

Bolgexeber.com-un məlumatına görə, qurumun Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskot (John Prescott) və Aksel E.Fişer (Axel E. Fischer) tərəfindən hazırlanan "Ermənistanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəsi zamanı millət vəkili Ermənistanda 2008-ci ildə on insanın qətlinə göstəriş verən heç bir dövlət rəsmisinin qanun qarşısında cavab vermədiyini diqqətə çatdırıb. Qənirə Paşayeva aradan 3 il keçməsinə baxmayaraq, hələ də heç bir yüksək vəzifəli məmurun öz vəzifə səlahiyyətini yerinə yetirə bilmədiyinə görə istefaya göndərilmədiyini qeyd edib: “Sizcə prezident niyə bu addımı atmır. Bu sualların cavabını çoxunuz bilirsiniz, amma Assambleya 3 ildən sonra qanunsuz həbs olunmuş insanların azad edilməsinə sevinməklə kifayətlənir”. Ermənistanda baş verənlərdə beynəlxalq təşkilatların da məsuliyyət daşıdığını deyən millət vəkili bildirib ki, bir neçə il əvvəl bu ölkənin vətəndaşları olan 250 min azərbaycanlıya qarşı ölkə rəhbərliyi etnik təmizləmə siyasəti aparanda beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası sərt mövqe ortaya qoysa idi, sonrakı hadisələrin təkrarlanmazdı: “Bir zamanlar Ermənistan vətəndaşı olan azərbaycanlılara qarşı işlədilən silahları hakimiyyət sonra öz xalqına qarşı da işlətdi”.

“Ermənistan hakimiyyətinə qarşı Assambleya tərəfindən bu cür loyal münasibətin nəticəsidir ki, bu ölkənin rəhbəri Avropa Şurasının bütün prinsip, qərar və qətnamələri əleyhinə açıqlamalar verməkdə davam edir…. Biz Assambleyamızın dəyərli üzvlərinin bu cür açıqlamaların nələrə səbəb ola biləcəyini, onun yaratdığı gərginlikləri ətraflı düşünəcəyini və Avropanın gələcəyi üçün bu cür bəyanatlara qarşı və bu kimi halların təkrarlanmaması üçün sərt mövqe ortaya qoyacaqlarını gözləyirik”.