Lütfi Zadə Rafiq Əliyevlə bağlı ADNA-nın rektoruna məktub göndərdi
11-11-2011, 16:25
Oxunub: 2 463
“Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm”
Akademik Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən kənarlaşdırılmasına onun yaxın dostu və müəllimi olan Kaliforniyanın Berkli Universitetinin professoru, Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə münasibət bildirib. O, məsələ ilə bağlı açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının rektoruna məktub ünvanladığını söyləyib: “Mən bu barədə telefonla danışmaq istəmirəm. Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm”.
Vəzifədən azad olunması ilə bağlı verilən əmrə akademik Rafiq Əliyev özü münasibət bildirmək istəmədi və baş verənlərə ictimaiyyətin reaksiyasını gözlədiyini dedi.
“Hələlik bunlara heç bir fikir bildirmək istəmirəm”, – deyə alim bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının müdiri olan Rafiq Əliyevə işdən azad olunması ilə bağlı əmr noyabrın 4-də təqdim olunub.
Xatırladaq ki, Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Onun bu yaxınlarda “Nobel” mükafatı alacağı da xəbərlər arasındadır.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial