Qoruqda kef edən məmurlar...
14-11-2011, 01:10
Oxunub: 2 322
Abdin Fərzəliyev harada dincəlir?
“Qazeta analitika”-nın məlumatına görə, əsasən, Nərimanov rayon icra hakimi Abdin Fərzəliyev istirahət günlərində əsasən Lənkəran şəhərində yerləşən “Qızılağac” qoruğuna tez-tez gizli səfərlər edir. Belə ki, qış vaxtlarında ov həvəskarı olan icra başçımız hətta bura 30 itlə birgə gəlir və onun ov üçün saxlanılan cürbəcür it sortları qoruqda at oynadır. A.Fərzəliyev bir neçə məmurun müşaiyəti ilə ov etdikdən sonra xüsusi quraşdırılmış vaqonlarda hətta bir neçə gün də gecələyir. Qoruğun yolu üstündə yerləşən kəndin sakinlərinin bildirdiyinə görə məmur tayfası bura gələndə hətta prezidentin kortecindən də iri maşın karvanı müşaiyət olunur. Ov vaxtı cürbəcür atəş səsləri eşidilir və bu hal aramlı olaraq davam edir. Ovun əsas maraqlı hissəsi bayram günlərinə təsadüf edir. Mənbə hətta qeyd edir ki, icra başçısı ilə bura müşaiyət edən məmurlar öz aralarında atəş və ov festivalı da keçirirlər. Bildirək ki, qoruqda olan bütün heyvan növlərinin dadına baxmaq üçün ov vaxtı bura yetişmək kifayət edər. Nəzərinizə çatdıraq ki, Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə olunur. Burada 248 növ quşa rast gəlmək olar.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial