Türkiyə dövləti PKK ilə sülh müqaviləsi bağlayıb
22-11-2011, 18:20
Oxunub: 7 166
Türkiyə dövləti və PKK terror təşkilatı arasında sülh müqaviləsi imzalanıb.
Bolgexeber.com-un məlumata görə, Türkiyənin “Taraf” qəzeti belə bir məlumat yayıb. Hökumətə yaxın mövqedə olan “Taraf”ın yazarı Yıldıray Oğur qəzetin bugünkü sayında yazıb ki, PKK bu anlaşmanın imzalanması xəbərini terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın açıqlamasını istəyir: “Lakin bu savaşı Abdulla Öcalanın başlatmadığını bilən dövlət bu fikrə qarşı soyuqdur. Türkiyə dövləti bununla bağlı ilk məlumatın Qəndildən verilməsi üçün təkid edir”.
Yıldıray Oğur qeyd edib ki, Türkiyə dövləti 2011-ci il iyun ayında Abdulla Öcalanla razılıq əldə edib, Abdulla Öcalan da iyunun 6-da bu anlaşmanı açıqlayıb. Lakin PKK Silvanda əsgərlərə hücum və muxtariyyət elanı ilə bu razılaşmanı pozub. Digər tərəfdən PKK-nın “xalq savaşı”nı başlatmaq ideyası da iflasa uğrayıb: “Hətta PKK-nın ikinci adamı Murat Karayılan savaşı başlatmadıqlarını vurğuladığı bir məktub da yazdı. PKK Suriyada da yanlış hesablamalara yol verdi. Buna görə də 6 ay sonra PKK yenidən danışıq masasına dönüb. Dövlət artıq müvəqqəti atəşkəsi qəbul etmir, silahlı mübarizəyə son verildiyi bəyanatının səslənməsini zəruri sayır. Keçən həftə Şimali İraqda Levje kəndində görüş keçirilib və şərtləri artıq Türkiyə dövləti irəli sürür. Türkiyə dövləti barış anlaşması barədə ilk açıqlamanı məhz PKK-nın verməsini tələb edir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər