“İşğal altındakı torpaqlar Azərbaycana qaytarılmalıdır!”
13-12-2011, 09:25
Oxunub: 7 560
Cəmil Çiçək ermənilərin işğal altında olan torpaqları boşaltmasını və zərərçəkmişlərdən üzr istəməsini vacib sayır
“İşğal edilən torpaqların Azərbaycana qaytarılması və qaçqınların öz yurdlarına qayıtması bizim ilkin hədəflərimizdəndir”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.
Bu gün Azərbaycanın ən böyük probleminin Erməninstanın işğal altında saxladığı torpaqlar olduğunu deyən Çiçək bu torpaqlarda təbii sərvətləri məhv edən ermənilərin başqa bir insanlıq cinayəti işlədiyini qeyd edib.
Cəmil Çiçək işğal edilən torpaqlardan didərgin düşmüş 1 milyondan çox azərbaycanlının çətin şərtlər altında yaşamağa çalışdığını və onların evlərinə qayıdacaqları günü gözlədiklərini deyib: “İşğal altında olan torpaqların Azərbaycanın bir hissəsi halına gəlməsi və qaçqınların yerlərinə qayıtması bizim ilkin hədəflərimizdəndir”.
TBMM spikeri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Türkiyənin hər cür dəstəyə hazır olduğunu deyib: “Dağlıq Qarabağda Azərbaycanın hüquqlarının müdafiəsi bizim xarici siyasətdəki prioritetlərimizdəndir. Dağlıq Qarabağda baş verənlər Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edən ən böyük problemdir. Bu mövzuyla əlaqədar bütün dövlətləri və beynəlxalq qurumları ermənilərin haqsız işğalını bitirməyə çağırırıq. Türkiyə - Ermənistan münasibətlərinin normal hala gətirilməsinin ən əsas şərti Azərbaycana aid torpaqlarda işğalın bitirilməsidir”.
Cəmil Çiçək yaxın tarixdə Xocalıda baş verən soyqırımını görməyən dünya ictimaiyyətinin 100 il əvvəldən qondarma soyqırımı axtarışında olmasının çox mənasız olduğunu deyib. “Ermənistanın təkrarladığı “soyqırımı” iddiaları var. Bu iddialarını siyasi kampaniya halına gətiriblər və bu günlərdə bəzi ölkələrin parlamentləri bu istiqamətdə qərar qəbul edib və etmək üzrədir. Bu qərarları qəbul edən parlamentlərin 100 il əvvələ uzanan iddialarla Türkiyəni itham etməsi çox mənasızdır. Halbuki 1992-ci ildə Xocalıda bütün dünyanın gözlərinin qarşısında ən böyük soyqırımı baş verib”.
Xocalı qətliamında indiki Ermənistan prezidenti Sej Sarkisyanın da iştirak etdiyini vurğulayan Cəmil Çiçək ermənilərin işğal altında olan Azərbaycan torpaqlarını boşaltmalarını və zərərçəkmiş insanlardan üzr istəmələrini vacib sayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər