Mirşahin Ağayev Elşad Xoseni həbs etdirir
19-12-2011, 15:50
Oxunub: 6 554
Yaxın günlərdə jurnalistin iddiası üzrə məhkəmə başlayacaq
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev tanımış reper Elşad Xoseni həbs etdirmək istəyir. Bu barədə Bolgexeber.com-un əməkdaşı məhkəmədən məlumat əldə edib. Məlumatına görə, bu məqsədlə o reperin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Elşad Xosenin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini əsas gətirərək məhkəmədən tədbir görməsini xahiş edib.
İşi araşdıran Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov bildirdi ki, proses artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə məhkəmə öz qərarını verəcək.
Onu da əlavə edək ki, 147-ci maddə tələbi ilə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.
Xatırladaq ki, E. Xose bir müddət əvvəl keçirdiyi mətbuat konfransına M. Ağayev haqda təhqiramiz ifadələr işlətmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər