“Əgər Cabbar başınadan böyük danışmaqda davam edəcəksə...”
29-12-2011, 21:40
Oxunub: 7 178
“Mən belə hesab edirdim ki, Cabbar Savalanlı tərbiyəli oğlandır. Görünür qənaətimdə yanılmışam”.
Bunu Bolgexeber.com –a açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. C.Savalanlının əfv ərizəsi yazmadığına dair açıqlamasına münasibət bildirən hüquq müdafiəçisinin sözlərinə görə, həmin əfv ərizəsini çoxları görüb: “Mən çayxana söhbətlərini mətbuata açıqlamaram. Bildiyimi və gördüyümü danışıram. Cabbar Savalanlının ərizəsini Penitensiar Xidmətin rəhbərliyi də görüb. Mən başa düşə bilmirəm ki, nədən bu adamlar əfv ərizəsi yazmağı qəbahət hesab edirlər. Dəflərlə olub ki, kimsə məhbəsdən çıxandan sonra özünü qəhrəman kimi təqdim etməyə çalışıb. Görünür bu oğıan da belə üsullardan istifadə edir. Əgər o başınadan böyük danışmaqda davam edəcəksə, mən onun ərizəsini mətbuatda dərc etdirməyə çalışacam. Onun təhsilini davam etməsi üçün gərək olan köməkliyi göstərməyə da hazır idim. Lakin belə görünür ki, bu məsələdən də imtina etməli olacağıq. Adama deyərlər ki, sən əfv ərizəsi yazsan da kimsən, yazmasan da kim?”.
C.Savalanlının azadlığa çıxması üçün çox çalışdığını deyən deputat, keçmiş məhbusun “O mənim yanıma gəlməyim” deməsinə də münasibət bildirib: “Hüquq müdafiəçilərinin borcu deyil ki, gecə-gündüz məhbusların yanında olsunlar. Novella Cəfəroğlu, Səadət xanım və digərləri təsdiq edər ki, biz hansı səviyyələrdə bağlı qapılar arxasında keçirdiyimiz görüşlərdə Cabbar Savalanlının azadlığa buraxılmasını xahiş etmişik”.
Hüquq müdafiəçisi C.Savalanlının kimlərinsə təsiri altında olduğunu və açıqlamalarını məhz bu təsirlər altında verdiyinidə istisna etmədiyini deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər