Ermənilər göndərdikləri qurbanliğa görə peşman olacaqlar
18-01-2012, 13:05
Oxunub: 6 621
Akif Nağı: "Ermənilər də Bakıya gəlmələrinin nə qədər riskli olduğunu çox gözəl anlayırlar. Ona görə də inanmıram ki, kimisə qurbanlıq üçün göndərsinlər"
2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkənin siyahısı açıqlanıb. İştirak edəcək ölkələr içərisində Ermənistanın da adı var. Daima ermənilərin Bakıya gəlməsinə kəskin etiraz edən Qarabağ Azadlıq Təşkilatı bu məsələ ilə əlaqədar hər hansı tədbir görəcəkmi? Mövzu ilə balı Bolgexeber.com-a açıqlama verən təşkilatının sədri Akif Nağı, bununla bağlı kəskin mövqelərinin qabaqcadan aydın olduğunu bildirdi. Hazırda müsabiqədə iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Lakin Ermənistan dövlətinin adının siyahıda olmasına baxmayaraq, rəsmi qaydada iştirak edəcəyini təsdiqləməyib. Bu ümumi bir prosesdir və ermənilər hər zaman Azərbaycanla müəyyən kontaktlar yaratmağa çalışıblar.
Ermənistan nümayəndələrinin bu tədbirə qatılmamasını tələb etdikərini qeyd edən Akif bəy, əks təqdirdə onlar ən müxtəlif formalarda reaksiyaların şahidi olacaqlar və elə bir vəziyyət yaranacaq ki, gəldiklərinə peşman olacaqlar,-deyə bildirdi.
Ermənilər də Bakıya gəlmələrinin nə qədər riskli olduğunu çox gözəl anlayırlar. Ona görə də inanmıram ki, kimi isə qurbanlıq üçün göndərsinlər. Bilsinlər ki, buna görə peşman olacaqlar.
Sonda Akif Nağı Azərbayacan hökumətinin bu məsələdə prinsipial mövqe tutmasının lazımlığını qeyd etdi: Hakimiyyət bu məsələdə loyal mövqedən çıxış etməməlidir. Açıq şəkildə elan etməlidirlər ki, işğalçı dövlətin nümayəndəsinin burada iştirakı mümkün deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər