“Soyunsam, çoxlarından artığam”
23-01-2012, 16:25
Oxunub: 7 457
İl yarımdır gözdən iraq düşmüş müğənni Nəzakət Məmmədova ilk albomu, klipi və “partlayış”a səbəb olacaq telelayihə üzərində işləyirmiş.
Bolgexeber.com-a bu və digər məsələlərlə bağlı maraqlı açıqlamalar verən sənətçi efirdə görünməsə də, əksər tədbirlərə qatıldığını deyib:
"Əfsuslar olsun ki, xeyriyyə aksiyalarında əməkdar və xalq artisti adı alan, hər gün efirlərdə olan bir çox populyar müğənnilərimizi görmürəm. Bu yaxınlarda özüm də xeyriyyə tədbiri təşkil etdim. Yaşına, adına, sənətinə hörmət bəslədiyim üçün adını çəkmək istəmədiyim xalq artistimiz xəstə olduğunu bildirərək gəlmədi. Amma onu həmin gün efirdə konsertlərin birində canlı yayımda gördüm. Efir müğənniləri çəkiliş olan tədbirlərə tez gəlirlər. Halbuki, biz ehtiyacı olanlar üçün çıxış edirik. Çoxları xeyriyyə tədbirindən pul, ya da xeyir güdür. Röyanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Elza Seyidcahanı bu tədbirlərdə görməmişəm".
Müğənni deyir ki, bu gün üzdə olanların əksəriyyəti gündəmə sənətlə gəlməyib: "Bəzilərinin heç səsi də yoxdur, amma özlərini elə dartırlar ki... Səsim çoxunun səsindən artıqdır. Amma sponsor gücünə, yaxud soyunmaqla tanınmaq istəmirəm. Səhnəyə asan yolla gələnlər sənəti soyunmağa çeviriblər. Röya, Rəqsanə, Cəmilə və başqaları tanınmaq üçün soyunublar... Yeri gələndə, soyunsam, çoxlarından da artığam. Dərim hamının dərisindən gözəldir. Amma tam soyunmaq gözəllik deyil. Kişilərə belə qadınlar maraqsız olur".
Sənətə öz gücünə, sürünə-sürünə gəldiyini bildirən Nəzakət xanım deyir ki, istəmirəm, sabah hansısa kişi səhnəyə onun gücünə gəldiyimi desin: "Tanınmaq, əli pula çatmaq üçün hər yola getmək düzgün deyil. İnsanın əqli, düşüncəsi olmalıdır. Amma gündəmdə olan sənətçilərimizin əksəriyyəti normal cümlə qura bilmirlər, çünki savadları yoxdur. Efir bambılılıq, ağzına gələni danışmaq üçün deyil. Millət bunlardan iyrənib. Artıq insanlar başa düşüblər ki, onlara səs - Şövkət, Rəşid kimi oxuyanlar lazımdır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər