Azərbaycanda yaşayan fransalı qadın Sarkoziyə müraciət etdi
25-01-2012, 11:35
Oxunub: 6 959
İvonna Botte: “Senat düzgün qərar verməyib”
“Senat düzgün qərar verməyib. Mən Fransada orta məktəbdə oxuyanda müəllimimiz bizə deyirdi ki, ermənilər türklərə qarşı soyqırım törədiblər. O vaxt mənim 17 yaşım var idi”. Bu sözləri “Yeni Müsavat”a 64 il əvvəl azərbaycanlı partizan Şəmməd Şirməmmədova qoşulub İmişli rayonunun Murğuzalı kəndinə gəlin gələn İvonna Botto-Şirməmmədova Fransa Senatının “erməni soyqırımı”na dair qərarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, İ.Botte hələ sözügedən qanun layihəsi Senatın alt palatasında qəbul olunarkən Fransanın Azərbaycandakı səfirinə məktub yazmışdı. Bu barədə lent.az məlumat yaymışdı. Məktubda deyilirdi: “Cənab Senat üzvləri! Bu fikirlərdən əl çəkin. Belə etməyin. Qoyun həmişə Fransa ilə Azərbaycan dost olsun.
Cənab Sarkozi! Türklərə qarşı mənfi hərəkətlərə yol verməyin. Ermənilər mənim bir neçə qohumlarımı öldürüb. Siz səhv edirsiniz. Nə qədər gec deyil, səhvinizi düzəldin".
İ.Botte lent.az-a müsahibəsində bildirmişdi ki, Fransanın ermənilərin guya nə vaxtsa qırılması ilə bağlı verdiyi qərarı eşidəndən sonra təzyiqi qalxıb: “Allah ermənilərin bəlasını versin. Gör mənim ölkəmi necə ələ alıblar. Dedim, axı ay Fransa, sənə nə düşüb ki, bu erməniləri müdafiə edirsən? Sabah deyəcəklər ki, Lion da bizimdir. Ona görə ki, orda ermənilər çoxdur. Onlar saxta pasportlarla özlərini fransız kimi göstərə biliblər”.
Ermənilərin daha çox Lionda yaşadıqlarını deyən İ.Botte indi onların yaxşı vəzifələrə və imkanlara malik olduqlarını deyib: “Elə ona görə də bizim Qarabağ məsələsinə mane ola bilirlər. Deyirlər ki, türklər erməniləri qırıb. Amma əsil qırğını ermənilər törədiblər. Monastırda mənim müəllimim vardı, deyirdi ki, ermənilər qədər qorxulu millət yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər