“Belə siyasi fırıldaqlarla çox uzağa getmək olmaz”
25-01-2012, 22:15
Oxunub: 6 719
Nəriman Əliyev: “Fransa son qərarı ilə Avropa dəyərlərini ayaq altına atmış olub”
Fransa Senatının “erməni soyqırımı”nın inkarını söyləyənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməsi qardaş Azərbaycanda da ciddi narazılıq doğurub. Fransanın son qərarını tarixi yanlışlıq adlandıran ekspertlər hesab edir ki, son addım bu ölkənin beynəlxalq imicinə ciddi ləkədir.
Məsələ ilə bağlı fikirlərini Bolgexeber.com-a bölüşən Millət vəkili Nəriman Əliyev bildirdi ki, Fransa son qərarı ilə Avropa demokratiyasını dəyərlərini ayaq altına atmış olub: “Bu qərar yalnız Türkiyəyə deyil, eyni zamanda Azərbaycana da yönəlib. Çünki Azərbaycan Türkiyə ilə qardaşlıq və strateji mütəffiqliq münasibətlərinə malikdir. Fransa Senatının bu qanunu qəbul etməklə may ayında keçiriləcək seçkilərdə ermənlərin dəstəyini qazanmaq istəyi onlara baha başa gələcək. Düşünürəm ki, əslində rasizmin ən iyrənc nümunələrindən biri olan bu cür aşağı əyarlı mübarizə üsulları ilə Türkiyə kimi böyük bir ölkəyə heç nə etmək olmaz. Bunu əsaslandırmaqdan ötrü, reallıq hisslərini itirmiş həmin siyasətçilərə sadəcə iki məsələni xatırlatmaq istərdim: Əvvəla, Fransa artıq çoxdandır ki, demokratik ölkə olmaqla yanaşı, həm də oturuşmuş çoxmillətli dövlətdir. Burada belə siyasi fırıldaqlarla ötəri effekt qazanmaq olsa da, çox uzağa getmək olmaz.
İkincisi, Türkiyəyə münasibətdə qatar artıq çoxdan gedib. Yəni bu qanundan yararlanmaq istəyənlərin menyusuna, həzm edib-etməməsindən asılı olmayaraq əlavə edilməlidir ki, Türkiyə həm regionun ən əsas dövlətidir, həm də artıq Avropadadır və getdikcə daha çox dərəcədə Avropada olacaq.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər