«Reket qəzet» hərbi komissara böhtan atır
30-01-2012, 13:00
Oxunub: 7 074

Göyçayın hərbi komissarı onun haqqında böhtan və şantaj xarakterli yazı yazdığına görə «reket qəzeti» məhkəməyə verəcək
Son dövrlər «reket qəzetlər» yenidən fəallaşaraq, ayrı-ayrı məmurlar, idarə və müəssisə rəhbərləri, habelə hərbi komissarlar haqqında şantaj və böhtan xarakterli yazılar dərc edərək, pul qoparmağa çalışırlar. Həmin «reket qəzet»lərdən biri bu yaxınlarda Göyçay rayon Hərbi Komissarlığının rəhbəri Mətləb Murğuzovla bağlı şantaj və böhtan dolu yazı ilə çıxış edib.
«Qəzet» hərbi komissar və onun rəhbərlik etdiyi qurum haqqında heç bir fakt tapmadığından, orada guya, «özbaşınalığın hökm sürdüyü»nü iddia etməyə başlayıb. Məqsədin reketçilik yolu ilə pul qoparmaq olduğu aydın məsələdir. Lakin hərbi komissar bildirir ki, o, məsələni belə qoymaq niyyətində deyil.
Bolgexeber.com-a açıqlama verən komissar bildirib ki, onlara qeyd olunan «qəzet»dən heç bir sorğu daxil olmayıb. Əgər sorğu daxil olarsa, ona cavab verməyə hazırdırlar. «Əvvəla biz Müdafiə Nazirliyi və Baş Hərbi Komissarlıqdan başqa heç bir quruma hesabat vermirik. Çünki bizdə qaydalar belə qurulub. Lakin buna baxmayaraq, bizim mətbuatın və ya vətəndaşların göndərdiyi sorğulara cavab vermək imkanımız var. Əgər həmin «qəzet» bizə sorğu ilə müraciət edərdisə, onlara cavab verərdik. Amma bizə müraciət etməyiblər. Əvəzində isə haqqımızda şər və böhtan dolu yazı yazıblar».
M.Murğuzov daha sonra deyib ki, əgər həmin «qəzet»in əlində hər hansı bir faktı varsa, ona aydınlıq gətirməklə yanaşı, məsuliyyətini də daşımağa hazırdırlar. «Bu adamların əlində nə fakt var, nə də sübut. Yalandan götürüb, ağızlarına gələnləri yazırlar. Əgər əllərində hər hansı bir fakt varsa, ortaya qoysunlar və biz də bunun cavabdehliyini daşımağa hazırıq».
Müsahibimiz onu da bildirdi ki, yazdığı böhtan və şantaj xarakterli məlumatlara görə, o, Mətbuat Şurası və məhkəməyə müraciət edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər