BolgeXeber.Com » Müsahibə-Reportaj » “Yazılan informasiyaların heç bir əsası yoxdur”

“Yazılan informasiyaların heç bir əsası yoxdur”

3-02-2012, 17:55
Oxunub: 5 313 Əlihəsən Həmzeyev: Astara Pedoqoji Kolleci Azərbaycan təhsilinə öz gözəl töhvələrini verməklə seçilir

Məlum olduğu kimi bəzi saytlarda Astara Pedaqoji Kollecinin rəhbəri Həmzeyev Əlihəsən Əli oğlu ilə Təhsil Nazirliyinin kecmiş müavini İlham Pirməmmədovla əlaqəsi və onların arasında narazılıqlardan bəhs edən yazılar dərc olunub. Dərc olunan yazıda bildirilir ki, Astara Pedaqoji Kolecinin rəhbəri ilə kecmiş nazir müvini arasında pul üstündə mübahisə var və bu mübahisə pik həddə çatıb.

Dərc olunan məsələ ilə bağlı saytımıza açıqlama verən Astara Pedaqoji Kollecinin rəhbəri Əlihəsən Həmzeyev bildirdi ki, bu tipli informasiyaların heç bir əsası yoxdur. “Məni və rəhbərlik etdiyim Kolleci tanıyanlar bilir ki, Astara Pedoqoji Kolleci Azərbaycan təhsilinə öz gözəl töhvələri verməklə seçilir. Rəhbərlik etdiyim təhsil müəsisəsinin ölkə rəhbərliyinə və xalqımıza nə qədər sədaqətli olması çoxlarına məlumdur. Arzu edərdim ki, bizim haqqımızda heç bir əsası olmayan yazılar yazanlar cəmiyyətin də mövqeyini öyrənsinlər sonra yazsınlar. Belə yazmaqla onlar biz ziyalıların işinə kölgə salmaqla məşğuldurlar.”

Əməkdaşımızın həmin saytları məhkəməyə verəcəksinizmi sulaını cavablandıran Əlihəsən müəllim bildirdi ki, “Cənab prezident İlham Əliyev mətbuatla necə dostluq edirsə biz də onun siyasətini dəstəkləyəcəyik və davam etdirəcəyik. Ona görə də biz həmin mətbuatı məhkəməyə verməkdən vaz keçəcəyik.”