“Bütün yollarda buzlaşma başlayib”
7-02-2012, 11:20
Oxunub: 6 386
Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə və piyadalara müraciət edib
Azərbaycan ərazisində havaların kəskin soyuması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə və piyadalara müraciət edib.
İdarənin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, Azərbaycan ərazisində bütün yolların hərəkət hissəsində buzlaşma gedir: “Əsas problem isə Qusar rayonu ərazisində Rusiya ilə həmsərhəd olan yollardadır. Lakin buna baxmayaraq bütün magistral yollarda nəqliyyatın hərəkəti davam edir”.
K. Əliyev sürücüləri yollarda texniki cəhətdən nasaz avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb: “Sürücülərdən xahiş olunur ki, mövsümü qış şinləri ilə təchiz olunmamış minik avtomobillərindən mümkün qədər istifadə etməsinlər. Qarlı, buzlu yollarda idarəetmə təcrübəsi olmayan sürücülər avtomobilləri idarə etməsinlər. Nəqliyyat vasitəsini idarə edən digər sürücülər isə sürət həddinə və ara məsafəsinə diqqət yetirsinlər. Piyadalar isə müəyyən olunan yerlərlə hərəkət etsinlər”.
Şöbə rəisi ötən gün Azərbaycan ərazisində 10 yol nəqliyyat hadisəsinin qeydə alındığını deyib: “Qəzalar nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Qəzalardan ikisi piyadanın vurulması, beşi toqquşma, üçü isə aşma nəticəsində baş verib. Qəzaların üçü Bakı şəhərində baş verib. Həmin qəzalar nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər