Təhsildəki araşdırma davam edir
15-02-2012, 11:35
Oxunub: 6 310
Baş Prokurorluq məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə, standartlara uyğun olmayan işlərin görülməsi faktları üzrə araşdırmalar aparılıb
Azərbaycanda bələdiyyələrin fəaliyyətində ən çox rast gəlinən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər hazırlanıb. Bolgexeber.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər Baş Prokurorluqda araşdırılıb.
İdarə rəisinin sözlərinə görə, cinayət xarakterli materiallar və cinayət işlərinin istintaq təcrübəsi ümumiləşdirilərək daha çox rast gəlinən xarakterik qanun pozuntuları, onlara şərait yaradan hallar müəyyənləşdirilib və onların aradan qaldırılmasına dair bir sıra təkliflər hazırlanıb.
Kamran Əliyev bildirib ki, həmin təkliflər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilati və zəruri tədbirlərin görülməsi məsələsinin nəzərdən keçirilməsi və məsələyə münasibət bildirilməsi üçün müvafiq qurumlara göndərilib.
Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən Bakı şəhəri ərazisində bir sıra məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə, standartlara uyğun olmayan işlərin görülməsi və mövcud normaların tələblərinin pozulması hallarına yol verilməsi faktları üzrə də araşdırmalar aparılıb.
İdarə rəisi deyib ki, araşdırmaların nəticələri üzrə bu sahədə qanunsuzluqların, onların baş verməsinə şərait yaradan halların təxirəsalınmadan aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmaması üçün təsirli tədbirlər görülməsi barədə Təhsil Nazirliyinə təqdimat göndərilib.
Eyni zamanda, təhlillər aparılmaqla bu sahədə işin yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə konkret təkliflər hazırlanıb.
Kamran Əliyev hər iki məsələ ilə bağlı hazırlanmış təkliflərin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər