Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22-02-2012, 12:15
Oxunub: 6 695
Ötən il vahid torpaq fondunun 19.6 faizi özəlləşdirilib
“Ötən il 30398 vətəndaşın adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan və ölçü sənədləri hazırlanıb təqdim olunub”. Bolgexeber.com-un məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında komitə sədri Qərib Məmmədov məlumat verib. DTXK-nin sədri onu da bildirib ki, 2011-ci ildə “Torpaq İslahatı haqqında” qanuna əsasən respublikanın 8641506 vahid torpaq fondunun 913 min hektarı dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı mülkiyyətə verilib və 1 milyon 695 min 123 hektarı (19.6 faiz) isə özəlləşdirilib.
Q. Məmmədovun sözlərinə görə, Bakıda bələdiyyələrin konkret torpaqları bəlli deyil, bu öz növbəsində bəzi problemlərə yol açır. “Bələdiyyələr bəzən ARDNŞ-a aid olan torpaq sahələrini mənimsəyib ki, bu da sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Lakin torpaq bazarında hərracların komitə tərəfindən təşkil edilməsi torpaq istifadəçiliyi sahələrində dövlət nəzarətinin daha da gücləndirməsi işində ciddi dönüş yaradacaq” - deyə, DTXK-nin sədri vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər