Millət Vəkili Yevda Abramovdan açıqlama
1-03-2012, 15:35
Oxunub: 6 878
“Qubada əlahiddə bir şey yoxdur, mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik”
“Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad olunması haqda sərəncamı gözləyirik”. 53 saylı Quba-Qusar seçki dairəsindən seçilən, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Yevda Abramov “Media forum” saytına açıqlamasında belə deyib.
Yevda Abramov bildirib ki, özü Bakıdadır, Qubadan seçilən digər deputat Vahid Əhmədov isə hazırda rayondadır: “Orada əlahiddə bir şey yoxdur. İnsanlar öz sözlərini demək üçün mitinqə toplanıblar. Mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər. Xalq onun ünvanına deyilən təhqiramiz fikirləri həzm etmir, qəbul etmir. İcra başçısı Rauf Həbibov mitinqə toplanan insanların qarşısına çıxıb, üzr istəyib. Rauf Həbibov qubalıları təhqir etmişdi. Qubalıların heysiyyətinə toxunan sözlər işlətmişdi. Onun həmin çıxışını mən də pisləyirəm. Amma insandır da, emosional çıxış edib”.
Deputatın sözlərinə görə, mətbuatın indi xəbər tutduğu çıxışı icra başçısı Rauf Həbibov bir ay əvvəl edib. Yevda Abramovun sözlərinə görə, bununla bağlı icra başçısı və mərkəzi icra hakimiyyətinin nümayəndələri ilə görüşləri olub: “Lazımi tədbirlər görülür. Mətbuat bunu indi eşidib və sensasiya yaratmaq istəyir. Məsələni şişirtməyə ehtiyac yoxdur. İnsanlar mitinqə toplanmamışdan əvvəl Qubadan seçilən deputatlar lazımi dövlət orqanlarına təqdimat vermişdilər. Görülən işlərdən xəbəriniz yoxdur. Bir icra başçısını bir gün ərzində işdən azad edib yerinə yenisini təyin etmək asan deyil”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər