BolgeXeber.Com » Müsahibə-Reportaj » Səftər Rəhimli: Bəziləri DAK-a gəlir mənbəyi kimi baxır

Səftər Rəhimli: Bəziləri DAK-a gəlir mənbəyi kimi baxır

17-03-2012, 20:00
Oxunub: 5 941 Bildiyiniz kimi DAK uzun illərdir iki yerə parçalanmış şəkildə fəaliyyət göstərməkdə idi

DAK-ın parcalanmasından sonra uzun illər DAK-da xidmətləri olmuş şəxslərdə DAK-ın parçalanmış tərəflərinin heç birində təmsil olunmurdular. Bu məsələlərə aydınlıq gətirmək üçün DAK İdarə Heyətinin üzvü Səftər Rəhimlini redaksiyamıza dəvət etdik.

Səftər bəy dəvətimizi qəbul edib, qonağımız olduğunuz üçün minnətdarlığımızı bildiririk.

- Səftər bəy aldığımız məlumata görə, Dünya Azərbaycanlıları Konqresi (DAK) birlik qurultayına hazırlaşır, bu haqda nə deyə bilərdiniz?

- Bəli. DAK-ın hər iki tərəfinin İdarə heyətinin birləşməklə bağlı qərarları var. DAK iki yerə bölünəndən sonra tamamən kənarda qalmış və DAK-ın bölünən tərəflərinin heç birində təmsil olunmamış şəxslərdən ibarət bir təşəbbüs qurupu yaradılmışdır. Məqsədimiz DAK birlik qurultayına bütöv şəkildə getməkdir.

- Səftər bəy bölgələrdə DAK birlik qurultayına getməklə bağlı hansı tədbirlər təşkil olunur və kimlər bu qurultayda iştirak edə bilər ?

- Xüsusi ilə onu qeyd edim ki, DAK adından yalnız DAK qurultaya hazırlıq təşkilat komitəsi danışa bilər və bütün səlahiyyətlər ora verilmişdir. Bölgələrdə təşkilat üzvləri qurultaya getməklə bağlı toplantılarını keçirirlər və DAK-ın qurultayında iştirak etmək üçün mandatlı şəxsləri müəyyən edirlər.

- DAK Birlik Qurultayı harada keçiriləcək ?

- Qurultayımız 28-29-30 apreldə Belçikanın paytaxtı Brüsseldə olacaqdır. Qurultayımız 2 gün davam edəcəkdir. 1 gün isə Belçikada bəzi tədbirlər və görüşlər nəzərdə tutulmuşdur.

- Son zamanlar DAK həmsədri Sabir Rüstəmxanlı ilə aranızda məhkəmə çəkişmələri oldu, bu barədə nə deyə bilərdiniz?

- Onu deyə bilərəm ki, Sabir Rüstəmxanlı DAK idarə heyyətinin qərarı ilə səlahiyyətləri əlindən alınmışdır və hazırda onun DAK adından danışmaq səlahiyyəti yoxdur. DAK-ın 11-ci Qurultayında DAK-da olan nüfuzunun tamamən itdiyini açıq şəkildə görən Sabir Rüstəmxanlı DAK-da bir çox qanunsuz əməllərinə görə, DAK idarə heyətinin qərarı ilə DAK-dan uzaqlaşdı və bu gün GAMOH lideri Dr.Mahmudəli Çöhrəqanlının adını çəkməklə guya Güney məsələsi ilə yenədə maraqlandığını göstərməyə çalışır. GAMOH Güney Azərbaycan Milli Hərəkatında xüsusi yeri və rolu olan ciddi bir təşkilatdır. Təşkilatın əsasnaməsinə görə, qərarlar yönətim kurulu tərəfindən verilir. Mən dəyərli GAMOH başqanı Mahmudəli Çöhrəqanlı ilə və Gamohun yönətim kurulunda təmsil olunan şəxslərlə əlaqə saxladım və belə bir razılaşmanın olmadığını bildirdilər. Doğrudan son zamanlar Sabir Rüstəmxanlının bu cür hərəkətlərinə çox üzülürəm. Güneydə GAMOH üzvləri həqiqətən bir milli mücadilə savaşı aparır. Mövcud Tehran rejiminın həbs və işgəcələrinə məruz qalır. Biriləridə onların siyasi həyatlarəndan öz çirkin niyyətləri üçün istifadə edir. Sadəcə olaraq bəzi şəxslər gündəmdə olsun deyə Güneyin adını bir şou halında özlərinin yaratdığı siyasi bazarlarının daha da maraq obyektinə çevirmək üçün kullandığı hər kəsə bəllidir. Dünyada və Bölgəmizdə baş verən ictımai-siyasi dəyişmələr 200 ildən bəri millətimizin arzuladığı bilrləşmə üçün tarixi şansın yarandığı bir vaxta özunə milli şəxsiyyət deyən heç kimsə millətin adından bu cür hərəkət etməməlidir.

- Səftər bəy, sonda DAK üzvlərinə nə deyə bilərdiniz?

- DAK-da bu günə qədər təmsil olunan DAK üzvləri Qurultayımıza dəvətlidir. Hər kəs gəlib birlik qurultayında iştirak edə bilər təşkilatın bütün seçkili orqanlarında seçilərək təmsil oluna bilərlər.

Söhbətləşdi: Peyman Sadıqov