BolgeXeber.Com » Müsahibə-Reportaj » Bakıdan qaçmağın vaxtı gəldi

Bakıdan qaçmağın vaxtı gəldi

6-04-2012, 12:30
Oxunub: 4 706 Bakıda avtomobil yollarında dəyişikliklər olacaq

“Eurovision 2012” mahnı müsabiqəsi keçiriləcək ərəfədə Bakının avtomobil yollarında xüsusi hərəkət zolaqları salına bilər. Nəqliyyat Nazirliyinin məbuat xidmətinin rəhbəri Namiq Həsənov Trend-ə bildirib ki, müsabiqədə iştirak edən qonaqların və turistlərin daşınması üçün nəzərdə tutulmuş həmin yollar xüsusi işarələnəcək və digər avtomobillərin həmin yollara girişi müəyyən vaxtlarda məhdudlaşdırılacaq.

Nazirlik sözçüsü deyib ki, müsabiqədə iştirak edən qonaqların və turistlərin daşınması məqsədilə Azadlıq meydanında mərkəzi avtobus dayanacağı salınacaq. Həmin dayanacaqdan avtobuslar hotellər, hava limanı, “Bakı Kristal Zalı” istiqamətlərinə hərəkət edəcək.

Həmçinin avtobusların hərəkətinə nəzarət məqsədilə 4 - biri Heydər Əliyev Beynəlxalq Hava Limanında, 2-si Azadlıq meydanında, biri “Bakı Kristal Zalı” ərazisində - dispetçer məntəqələri yaradılacaq.

Paytaxt ərazisində 22 yerdə xüsusi taksi dayanacaqları yaradılacaq. Bu dayanacaqlarda yalnız London taksiləri işləyəcək. Həmin dayanacaqlar Azadlıq, Azneft və Fizuli meydanlarında, Bakı Beynəlxalq Avtovağzalında, Heydər Əliyev Beynəlxalq Hava Limanında və digər yerlərdə yaradılacaq.

Namiq Həsənov bildirib ki, London taksilərində işləmək üçün 220 sürücü hazırlanıb və təlim keçib.