BolgeXeber.Com » Müsahibə-Reportaj » Hülya Avşarın bacısı Helin : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR

Hülya Avşarın bacısı Helin : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR

4-12-2015, 17:13
Oxunub: 3 752 Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR"Birlikdə olduğum kişilər soyada fikir verən deyildilər"

Helin Avşar məşhur olması üçün heç bir əziyyət çəkməyib, daha dəqiq desək, bu xanım Hülya Avşarın bacısı olduğu üçün tanınıb. Altı yaşından bəri həyatını kameralar qarşısında keçirən Helin bacısının kölgəsində qalsa da, bundan şikayətçi deyil. Gündəmə isə işini və sevgililərini tez-tez dəyişdirməsi, gecə həyatına düşkünlüyü ilə gələn Avşar qızı “Hürriyət”ə müsahibə verib. Dəyişdiyini desə də, yenə də şəxsi həyatı barəsində qeyri-adi açıqlamalar verib.

“Şirin söhbət” layihəsində Helin Avşarın kişilərlə bağlı xəyal qırıqlıqlarından, yumurtalarını dondurmağından xəbər tutacaqsınız.

- Nəsə problem var? Niyə yumurtalarınızı dondurdunuz?

- Uşaqları çox sevirəm. Bir ara bədənim əzələli olsun deyə, xüsusi dərmanlardan istifadə edirdim. Sonradan öyrəndim ki, onlardan istifadə etmək sağlamlıq üçün zərərli imiş. Həmin dərmanlar insanın hormonlarını yox edirmiş. Son illərdə yediklərimiz, içdiklərimiz və gündəlik stress səbəbilə qadınların yumurtaları azalmağa başlayıb. Klimaks dövrü 22 yaşında başlayanlar var. Sabah nə olacağı məlum deyil. Mən də qorxuya düşdüm.

- Bəs indi niyə ana olmursunuz?

- Qarşıma evlənə biləcəyim biri çıxmayıb. Düzdür, ciddi münasibətlərim olub. Lakin evlənmək qismət deyilmiş. Mənim ən böyük problemim hamı ilə dost olmağımdır. Evlənə biləcəyim kişilərin çoxu ilə dostam.

- Yumurtaları dondurmaq fikri haradan ağlınıza gəldi?

- Ginekoloqum məsləhət gördü.

- Bir az prosesdən bəhs edə bilərsiniz?

- Ən azı bir ay hazırlıq prosesi gedir. Bu müddətdə gündə 3 dəfə qarnıma iynə vururdum. Bu zaman hormonlar şişir. Axırıncı iynəyə “çatlatma iynəsi” deyilir. Onu vurduqdan sonra narkoz verildi və yumurtalarımı yığdılar. Evlənəndə həyat yoldaşının spermaları ilə yumurtaları birləşdirib təkrar sənə yükləyirlər. Evlənmədən bunu etməyə icazə yoxdur.

- Neçə yumurtanı dondurmusunuz?

- Ötən il iki ədəd dondurmuşdum. Bu il əlavə olaraq səkkizini də dondurdum. Artıq 10 uşağım ola bilər. Məni gözləyirlər.

- Yumurtalar harada saxlanılır?

- Maslakda yerləşən özəl xəstəxanaların birində.

- Evlənsəniz, həyat yoldaşınız “övlad istəyirəm” desə, bu yumurtalardan istifadə edərsiniz, yoxsa normal yolla ana olarsınız?

- İndi olsa, normal yolu seçərəm. Ən azı 10 uşaq istəyirəm. Ancelina Coli kimi həm övladlığa uşaq götürmək, həm də dünyaya uşaq gətirmək istəyirəm. Böyük ailə üçün ürəyim gedir. Hamı yığışsın, böyük süfrədə yemək yeyilsin, qonaqlıqlar verilsin…

- Bəs bu kişilərə nə oldu? Necə oldu ki, sizi yumurtaları dondurmaq dərəcəsinə çatdırdılar?

- Kişilərin çoxu homoseksual çıxır. Ən nifrət etdiyim şey isə cinsi seçimlərini gizlətmələridir.

- Niyə belə əsəbisiniz? Yoxsa, sevgililəriniz arasında gizli homoseksuallar da olub?

- Nə yalan deyim, birindən şübhələnmişdim. Yaxalamamışdım, amma qadınlar hiss edirlər. Saxtakarlığa nifrət edirəm. Kişilərdə bu qədər çox qadın hormonu olduğunu bilmirdim, onu bu il öyrəndim.

- Sizcə bunun səbəbi nədir?

- Məncə, bu qədər homoseksual bir anda törəyə bilməz. Yəqin ki, əvvəllər də olub, o vaxtlar daha gizli yaşayıblar.

- Yəni, evlənəcək adam yoxdur?

- Ata-anamın vaxtındakı evlilik, ailə anlayışı dəyişilib. İndi heç kimin qarşı tərəfə hörməti, dözümü yoxdur.

- Gah dizayner, gah müxbir, gah aparıcı, gah aktrisa olursunuz. İş barəsində konkret fikriniz yoxdur?

- Mən bacardığım hər işlə məşğul olmaq istəyirəm. Bir də ki, son vaxtlar tez-tez iş dəyişmirəm. Elə adamlar var ki, tibb üzrə təhsil alıb, amma müğənnilik edir. Mən işimi dəyişəndə niyə belə təəccüblənirlər?

- Bəs indi nə işlə məşğulsunuz?

- Dizayner kimi fəaliyyət göstərirəm. Öz moda saytımı açacağam. Orada həm mənim, həm də bahalı brendlərin kolleksiyalaırnı tapmaq olacaq. Yanvarda isə “Qızılay” üçün “Qırmızı” adlı dəfilə təşkil edəcəm.

- Futbolçuların həyat yoldaşları, məşhurların övladları – hamı moda ilə maraqlanır. Pul və ad olduqdan sonra ən yaxşı iş moda sahəsidir?
- Məncə, elə deyil. İşi bilmirsənsə, bu sahə olan-qalan pulunu da tükədər.

- 35 yaşın yolun yarısı olduğunu deyirlər. Sizin üçün bu yaşın mənası nədir?

- İllər mənə çox şey öyrətdi. İş həyatını öyrəndim. Yetkinləşdim. Əvvəllər klubdan bara, bardan restorana — bütün gecə çöllərdə gəzirdim. İndi sakitliyi sevirəm. Kişilərə baxışım da dəyişib. Əvvəl sadəcə, yaraşığa fikir verirdim. İndi istəyirəm ki, söhbətimiz tutsun, heç olmasa, iki kitab oxumuş olsun. Amma mütləq idmanla məşğul olmalıdır. Sevgililərimdən birindən məhz idman etmədiyi üçün ayrılmışdım.

- Şorgöz olduğunuzu deyirlər.

- Şorgözəm. Sadəcə baxıram. Mənim kişi dostlarımın sayı rəfiqələrimdən çoxdur. Çoxu yaraşıqlı olduğu üçün biri-birimizə yaraşdırılmışıq, xəbərlər çıxıb, halbuki heç biri sevgilim olmayıb.

- Neçə dəfə aşiq olmusunuz?

- Bir dəfə. O, katolik idi. Ona görə də, alınmadı. Onlar başqa dindən olanlarla evlənmirlər. Mən də dinimi dəyişdirə bilməzdim.

- Kişilər sizə niyə maraq göstərirlər, Avşar soyadına görə?
- Birlikdə olduğum kişilər soyada fikir verən deyildilər. Mən çox zarafatcıl qadınam, mənimlə vaxt əyləncəli və gözəl keçir. Kişilər məhz bu xüsusiyyətimi bəyənir.

- Heç xəyanətə uğramısınız?

- Bir dəfə olub. Xəbər vermədən evinə getmişdim, evdə qadın yox idi, buna baxmayaraq, yatağa baxan kimi hər şeyi anladım.

- Kimə əsəbiləşdiniz — qadına, yoxsa sevgilinizə?

- Təbii ki, sevgilimə əsəbiləşdim. İntiqamım ağır oldu. Onda hələ universitetdə oxuyurduq. Təhsilini yarımçıq qoymalı oldu. Hazırda diplomu yoxdur. Müsahibəmi oxusa, hər şey yadına düşəcək.

- İndi həyatınızda kimsə var?

- Danışdığım biri var. İtalyandır, Amerikada yaşayır. Ora tətilə gedəndə tanış olmuşduq. Tez-tez telefonda danışırıq. Görək, axırı necə olacaq.

- Özünüzü seksual hesab edirisiniz?

-Əlbəttə. Məncə, buna səbəb gözlərim və baxışlarımdır.

- Deyirlər ki, guya həddən artıq estetik əməliyyatlar etdirmisiniz…

- Belə axmaq söz-söhbətlər mənim də qulağıma gəlir. Ancaq yalandır. Arada botoks etdirirəm. Baxımlı qadınam, günü-gündən gözəlləşirəm.

- Hülya Avşarın bacısı olmağın müsbət və ya mənfi cəhətləri var?

- Adətən, bacılar arasında qısqanclıq olur. Bizdə isə bu, yoxdur. Bacımla qürur duyuram.

- Haqqınızdakı ən qəribə iddialardan biri Hülya Avşarın qızı olmağınızdır.

- Elə olsaydı, deyərdik. Yəqin ki, aramızdakı yaş fərqinə görə, belə deyirlər.

- Bacınız “Kösəm sultan” serialında rol alıb, sizin də “saray”a daxil olmaq ehtimalınız var?

- Bütün yaxşı rollar paylaşdırılıb. Cariyə olacağam? Yox, istəmirəm.

- Kaya Çilingiroğlu ilə görüşürsünüz?

- Təbii ki, görüşürük. Hətta bir ara mənim gecə klubu dostum idi, hər yerə onunla gedirdim. Biz hələ də ailəyik. “Whatsapp”da qrup yaratmışıq. Gün ərzində mütəmadi əlaqə saxlayırıq.
Publika.az
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR
Hülya Avşarın bacısı Helin  : “Kişilər homoseksual çıxdığı üçün ana ola bilmirəm” FOTOLAR