Vəkil polis zabitinin həbsini əsassız sayır
19-04-2012, 00:10
Oxunub: 6 523
Vəkil Elçin Əliyev polis zabiti Rafael Mirzəyevin həbsilə bağlı çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib
Vəkil ittihamı saxta, məhkəmə hökmünü əsassız sayaraq, apellyasiya şikayəti verməyə hazırlaşdığını bildirib. Vəkil R.Mirzəyev saxlanılarkən ailəsinə xəbər verilməməsini, konkret vəkil tələb etməsinə baxmayaraq, dövlət vəkili təyin edilməməsini istintaqın saxlanılan şəxsin hüquqlarını pozması adlandırıb. Məhkəmə mərhələsində isə müdafiə tərəfin qaldırdığı vəsatətlər təmin edilməyib, dindirilməsini istədiyi şahidlər dindirilməyib. Bu hüquqi pozuntulardan irəli gələrək, vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verməyi nəzərdə tutur.
R.Mirzəyev Nəsimi rayon polis idarəsi narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi olub. Nəsimi rayon polis idarəsinin rəisi Məmməd Alxanov işdən azad edildikdən sonra R.Mirzəyevə rəisin əleyhinə izahat verməsi tələb olunub. Bu tələbə əməl etməyib. İşdən azad edilərək sərəncama göndərilib. 2009-cu ildə isə polis mayoru R.Mirzəyev Qazax rayon polis şöbəsinə təhqiqatçı göndərilib. R.Mirzəyev bu təyinatın onunla razılaşdırılmadan edilməsini qanunsuz sayıb. Daxili işlər naziri Ramil Usubova çoxsaylı müraciətlər etsə də, müraciətlərinə cavab almayıb.
Vəkil daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun R.Mirzəyevə Qazaxa getməsini, 6 aydan sonra isə Bakıya gətiriləcəyi vədi verdiyini xatırladıb. 6 ay tamam olduqdan sonra nazir müavininə zəng edərək vədini xatırladan R.Mirzəyev nazir müavinini tapşırığı ilə Qazax rayon polis şöbəsi rəisi tərəfindən şiddətli töhmət alıb. Bu töhmətdən sonra Bakıya qayıtmaq istəməsini bildirəndə R.Mirzəyevə töhməti olduğu üçün bunu qeyri-mümkün olduğu bildirilib. Həbs edilənə kimi Qazaxda təhqiqatçı kimi çalışıb.
Həbsinə gəlincə, R.Mirzəyev 2011-ci ilin iyulunda həbs edilib. Həbsin baş vermə şəraiti bir qədər müəmmalıdır. Belə ki, R.Mirzəyev Vahid Abdullayev adlı narkotik ticarətçisində 8 kq həşiş olduğunu öyrənir. V.Abdullayev narkotik vasitənin satışını reallaşdırmaq üçün R.Mirzəyevə müraciət edir. Mirzəyev Gürcüstanda narkotik baha olduğu üçün orada reallaşdırmağı təklif edir. Bundan sonra əməliyyat planı hazırlanır. Əməliyyatın Qazaxda keçirilməsi qərarlaşdırılır. Amma Qazax polis şöbəsinin rəisi məzuniyyətdə olduğu üçün buna razılıq vermir. Bundan sonra R.Mirzəyev vaxtilə polisə qulluq edən, amma tibbi yoxlama zamanı qanında narkotik tərkib aşkarlandığı üçün qovulan Ramil İbrahimovun polisə qaytarılması üçün əməliyyatı Bakıda keçirmək qərarı qəbul edir. R.İbrahimov bu haqda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsini məlumatlandırır. Əməliyyatın Novxanıda keçirilməsi qərara alınır. Əməliyyat keçirilən gün, yəni, V.Abdullayevlə Novxanıya yola düşən R.Mirzəyevə əməliyyatın dəmiryol vağzalı önündə keçiriləcəyi bildirilir. V.Abdullayev narkotiki nəzərdə tutulan müştəriyə verdikdə saxlanılır və ardınca da R.Mirzəyev həbs edilir. Barəsində narkotik satıcısı kimi cinayət işi qaldırılır və 10 il həbs qərarı çıxarılır. Narkotik ticarətçisi V.Abdullayevə isə 7 il həbs cəzası verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər