Yaş senzi ilə əlaqədar 5756 səhiyyə işçisi işdən azad edilib
19-04-2012, 11:35
Oxunub: 6 067
Mart ayının sonuna olan statistikaya əsasən, Azərbaycanda yaş senzi ilə əlaqədar 5756 səhiyyə işçisi işdən azad edilib.
Bu barədə Bolgexeber.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə əsasən, rayon xəstəxanaları üzrə 3865 nəfər işdən azad olunub. Onlardan 717-si həkim, 2439-u orta tibb işçisi, 761 nəfər isə “digərləri” kateqoriyasına daxil olan işçilərdir. A. Qədirli deyib ki, Bakı şəhəri üzrə yaş senzinə görə, işdən azad edilənlərin sayı 1548 nəfər olub. Onlardan 447-si həkim, 688-i orta tibb işçisi, 413 nəfər isə “digərləri” kateqoriyasına aid edilən işçilər olub: “Səhiyyə Nazirliyinin birbaşa tabeliyində olan tibb müəssisələri üzrə isə yaşı 65-i ötmüş 343 nəfər işdən azad edilib. Onlardan 138-i həkim, 72-si orta tibb işçisi, 132 nəfər isə “digərləri” kateqoriyası üzrə olub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər