İki tanınmış rektor arasında söz dueli: ‘Sizə baxanda biz toya getməliyik…’
19-04-2012, 21:05
Oxunub: 6 381
“Bizim universitetdə köçürmə hallarının qarşısının alınması üçün daha çox maarifləndirmə işlərinə üstünlük veririk”.
Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Elm və təhsil komitəsilə birgə keçirdiyi iclasda Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov bildirib.
Rektor misal olaraq deyib ki, imtahanlar zamanı tələbələrə əvvəlcədən bu mənfi hala getməmək izah olunur və yazılı zəmanət alınır: “Onlar imtahana girən zaman köçürməyəcəklərini, qadağan olunmuş köməkçi vasitələrdən istifadə etməyəcəklərini və etdikləri halda universitetdən xaric olunmağa hazır olduqlarını yazıb imzalayırlar. Məhz əvvəlcədən aparılan belə maarifləndirici tədbirlər sayəsində son imtahanlar ərəfəsində təxminən 20 min nəfərdən cəmi 4-5 nəfər universitetdən xaric olunub, belə halların sayı azalıb”.
A.Məhərrəmovun çıxışına münasibət bildirən İqtisad universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev isə deyib ki, rəhbərlik etdiyi universitetdə imtahan zamanı qaydaları pozan tələbələr ancaq imtahanlardan xaric edilir. “Sizin əksinizə olaraq biz universitetdən xaric etmirik. Biz sizə baxanda toya getməliyik”.
/Lent.az /
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər