BolgeXeber.Com » Müsahibə-Reportaj » Tofiq Yaqublu: “Əgər Rəsul Quliyev birləşdirici lider idisə... ”

Tofiq Yaqublu: “Əgər Rəsul Quliyev birləşdirici lider idisə... ”

20-04-2012, 22:15
Oxunub: 5 608 “Ola bilər ki, Rəsul Quliyev növbəti seçkilərdə İsa Qəmbəri dəstəkləsin”.

Bunu Bolgexeber.com-a Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə İsa Qəmbərlə münasibətlərinpisləşməsini şərh edərkən deyib.
O bildirib ki, MÜsvat Partiyasının başqanı İsa Qəmbərlə Rəsul Quliyevin arasında münasibətlər siyasi mahiyyət daşıyıb və burada hər hansı dəyişiklik normal qəbul edilməlidir: “Həyat belədir. Ola bilər ki, rəsul Quliyev növbəti prezident seçkilərində İsa Qəmbəri dəstəkləsin. Bütün dünyada siyasət belədir. Gürcüstana da, Türkiyəyə də baxsaq belə hallara rast gələrik. Əlbəttə, hər şeyin daha məqsədəuyğun, daha hörmətli olması fayda verərdi, amma olur ki, zaman-zaman siyasi qüvvələr müəyyən bir prosesdə fikir ayrılığı göstərir, həlledici məqamda birləşir. Və ya əksinə də ola bilər”.

Onun sözlərinə görə, Rəsul Quliyevin özünə Azərbaycanda rəqib görmədiyi barədə son açıqlamaları proseslərə real yanaşmamaqdan doğur: “Həyat mübarizədir, Rəsul Quliyev özünü üstün görürsə, Azərbaycanda rəqibi olmadığını düşünürsə, b u onun öz işidir, qoy mübarizəsini aparsın. Biz elə düşünmürük. İsa Qəmbər bu gün də müxalifətin favorit namizədidir və mənə elə gəlir ki, Rəsul Quliyev yanılır və ya düşündüyünü demir. O hesab edir ki, bu cür çağırışlarla önə çıxa biləcək, narazı insanları, o cümlədən siyasətçiləri öz ətrafında toplayacaq və daha güclü təşkilat yaradacaq. Mən ona uğurlar arzu edirəm, amma bu formada mübarizə düzgün deyil. O, hakimiyyət qarşı mübarizə aparırsa, mübarizə aparan başqa şəxsləri də aşağılamaq, kiçiltmək lazım deyil. O, bu əməlləri ilə hakimiyyətə yardım etmiş olur.

Tofiq Yaqublu söyləyib ki, Rəsul Quliyevin nəyə görə narazılıq etdiyini anlamır: “Hakimiyyətə gəlməmişik ki, portfeldə yer almayan Rəsul Quliyev bizdən incisin. 2003-cü il seçkilərində son anda, həvəssiz olaraq İsa Qəmbərə dəstək verdi, eybi yox. Rəsul bəy okeanın o tayından bizi – mübarizə aparan qüvvələri ittiham edir”.

Əgər Rəsul Quliyev özünü birləşdirici lider hesab edirsə, o zaman öz partiyasını – Demokrat Partiyasını parçalanmaqdan qoruyaydı.

“Amma onun gücü öz partiyasında birliyi qorumağa çatmad. Bu gün isə müxalifətin lideri olmağa iddia edir”.