““Eurovision”dan çəkilməyin, Qarabağdan çəkilin!”
23-04-2012, 03:15
Oxunub: 6 089
Türkiyənin Avropa Birliyi üzrə dövlət naziri növbəti dəfə Ermənistana müraciət edib
Türkiyənin İqdir vilayətində keçirilən AKP (Hakim Ədalət və İnkişaf Partiyası) quruıltayında iştirak edən Avropa Birliyi üzrə dövlət naziri Egemen Bağış çıxışı vaxtı Ermənistana müraciət edib. Bu ölkədə iqtisadi böhran olduğunu qeyd edən Bağış Ermənistana Dağlıq Qarabağdan çıxmağı, bu təqdirdə sərhəd qapılarını açacaqlarını deyib. “Ermənistanda iqtisadi böhran var. 4 milyonluq əhali 2 milyona qədər azalıb. Aclıq var. Qarabağdan çəkilin, qapıları açaq, sizdə də bolluq olsun”.
Nazir daha sonra çıxışında Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə və qondarma soytqırımı iddiaları ilə Türkiyəyə böhtan atmamağa səsləyib: “Sərhəddən Ermənistana müraciət edirəm. Bu gedişlə heç nə əldə edə bilməyəcəksiniz. Müsabiqədən (Eurovision) çəkilmənin bir əhəmiyyəti yoxdur, işğal etdiyin torpaqlardan çəkilməlisən. Azərbaycanla əbədiyyətə qədər dost olun. Hüququnuz inkişaf etsin. Türkiyəyə böhtan atmaqdan əl çəkin”.
Nazir Egemen Bağış ermənilərin bu çağırışa qulaq asacağına ümid etdiyini deyib: “Vatx itirmədən işğal etdiyiniz torpaqlardan çıxın əmin-amanlıq olsun. Qonşularla dost olun və varlanın. Biz rmənistanın varlanmasının, sərhəd qapılarının açılmasının və ticarətinin inkişafının tərəfdarıyıq. İnşallah buradan, Ermənistan sərhədindən ermənilər bu çağırışımızı eşidərlər”./anspress/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər