Aspirantlara şad xəbər
24-04-2012, 11:40
Oxunub: 5 970
Mahmud Kərimov: “Hazırda evlərin tikilməsi üçün yer seçimi və maliyyə məsələsi müzakirə olunur”
“Azərbaycanda aspirantlar üçün xüsusi yaşayış evinin tikilməsi təklifinə hökumət müsbət rəy verib. Hazırda bununla bağlı yer seçimi və maliyyə məsələsi müzakirə olunur. Çox güman ki, bu məsələ müsbət həllini tapacaq”. Bolgexeber.com-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
M. Kərimov bildirib ki, hələlik əsas problem aspirantlar üçün tikiləcək binanın yerinin müəyyən olunmasıdır: “Təbii ki, bu Bakı ərazisində olacaq. İlk növbədə yüz ailənin evlə təmin olunması nəzərdə tutulur. Əsas bu işə başlamaqdır. Sonra iş davam etdiriləcək”.
AMEA prezidenti qeyd edib ki, hazırda akademiya sistemində mənzilə ehtiyacı olan bütün mütəxəssisləri evlə təmin etmək mümkün deyil: “Təbii ki, onlar üçün həm yataqxana, həm də daimi yaşayış evləri olmalıdır. Hazırda mənzilə təkcə gənclərin deyil, yaşlı alimlərin də ehtiyacı var. Onların sayı yüzlərlədir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər