BolgeXeber.Com » Müsahibə-Reportaj » ARDNŞ vətəndaşı necə aldadıb?

ARDNŞ vətəndaşı necə aldadıb?

15-05-2012, 16:15
Oxunub: 6 058 Elmira Mustafayeva: «Həyat yoldaşımın ölümünə səbəb olan şəxsləri tanıyıram, amma hələlik susuram»

Ötən gün Sumqayıt şəhəri, 2-ci mkr, ev15/21 A. Mənzil 4-də yaşayan Mustafayeva Elmira Qəzənfər qızı redaksiyamıza gələrək ARDNŞ-in onu aldatdığından və ona veriləcək kompensasiyanın ödənilməməsindən imtina etdiyini bildirib.

Şikayətçi bildirib ki, həyat yoldaşı Rafiq Nəhmədov 12 iyul 2009-ci il tarixdə, ARDNŞ-ə məxsus helikopteri idarə edərkən, xidməti vəzifəsini yerinə yetirən zaman qəzaya düşərək, həlak olub. İki xəstə uşağı ilə yaşayan qadın bildirir ki, maddi durumum zəyifdir. «1975-ci ildən həmin müssisədə işləyən mərhum həyat yoldaşım evlə təmin edilməyib. Ölümündən sonra müəssisə tərəfindən bizim mənzil hüquqlarımızın təmin edilməsi üçün heç bir tədbir görülməyib. Qeyd etmək istəyirəm ki, Neft Şirkətinin hüquqşünasları bu hadisəni araşdırarkən, həm ibtidai istintaqda, həm də məhkəmə ərəfələrində təqsirkarların mənim tərəfimdən bağışlanmaqlarını istəmişdilər. Bunun müqabilində məni yaşayış mənzili ilə, 100.000 manatdan çox maddi yardım verəcəkləri, həyat yoldaşımın fəxri adla təltif olunması, oğlumun ali məktəbə daxil olmasına yardımçı olacaqlarını vəd vermişdilər. Lakin cinayət işi yekunlaşdıqdan sonra ARDNŞ-in vəzifəli şəxsləri hər dəfə onlara müraciət edərkən, mənə qarşı çox kobud və laqeyd, aqressiv münasibətlər göstərərək təhqir ediblrə».

Elmira Musatafayeva deyir ki, dəfələrlə şirkətin rəhbərlərinin qəbulunda olsa da, ona zərrə qədər köməklik olunmayıb. «Bu gün məni qapıdan belə içəri buraxmırlar. Mənim yoldaşım bu neçə illəri fədakarcasına işləyib. Onun əməyinə verilən qiymət budurmu? Əfsuslar olsun ki, neçə illər xidmət etmiş həyat yoldaşıma ARDNŞ fəxri ad verməyi düşünmür. Yoldaşımın xidmətləri böyükdür. Çünki 35 il dənizdə neft daşlarında su altında gərgin əmək fəaliyyəti ilə məşğul olub. Bu gün mən dövlət başçısı İlham Əliyevə səslənirəm ki, məni aldadaraq, yoldaşımın qanını batıran insanları layiqli cəzalandırsın və yoldaşıma fəxri ad verilməsi üçün xüsusi göstəriş versin».

Dövlət Şirkəti tərəfindən aldadılan vətəndaş onu da deyir ki, həyat yoldaşını ölümünə səbəb olan şəxslərin kimliyini bilir. Amma onların adını çəkməkdən qorxur. «Balalarımın həyatını təhlükə altında qoymamağım üçün ağzımı yummuşam. Amma mənim də səbrimin həddi var və zaman gələcək bütün olanları dəqiqliyi ilə jurnalistlərə açıqlayacam».