Zabitin Gülhanədə müalicəsinə rədd cavabı verildi
30-05-2012, 13:10
Oxunub: 4 588
Ağır xəstə olan zabitmizə yardım üçün hesab nömrəsi açıldı
Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hal-hazırda qeyri-hockin limfoması xəstəliyindən əziyyət cəkən baş leytnant Kazımov Rasimə yardım ücün hesab nömrəsi acılıb. “Qafqazinfo”nun məlumatına görə, zabitin anası Kazımova Şərafət bir həftə öncə oğlunun Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsi ücün ölkə prezidenti, Ali-baş komandan İlham Əliyevə, onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Müdafiə Naziri Səfər Əbiyevə, Prezidentin Hərbi Məsələlər üzrə müşaviri Vahid Əliyevə, Səhiyyə naziri Oqtay Şirəliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova müraciət edib. Zabitin anasının verdiyi məlumata görə, aidiyyatı qurumlardan hələki Müdafiə Nazirliyi məktuba cavab verib. Nazirlikdən zabitin müalicəsinə rədd cavabı verən MN bunu zabitin artıq ordu sıralarından təxris edilməsi ilə izah edərək , müalicəsi ücün Səhiyyə Nazirliyinə müraciət etməsini məsləhət bilib.
Halbuki baş leytnant Kazımov Rasim sağlamlığını vətən yolunda, post şəraitində hərbi xidmətdə olarkən 2010-cu ildə itirib. Həmin vaxt Müdafiə Nazirliyinin hərbi Qospitalına köcürülən zabit burada müalicəsi mümkün olmadığı əsas gətirilərək Gülhanə Hərbi Tibb Akademiyasına göndərilmədən ordu sıralarından təxris edilib. Zabitin anasının verdiyi məlumata görə, ötən həftə vəziyyəti ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köcürülən zabitin burada birinci kurs müalicəsi başa catıb. Hazırda müalicədən sonra halsız vəziyyətdə olan K. Rasimin ikinci kurs müalicəsinə bir necə gündən sonra başlanılmalıdır. Zabitin anası müalicə bir necə gündən sonra başlanılmalı olsada, bunun ücün pulları olmadığını hələki ölkə prezidentindən, onun xanımından, aidiyyatı qurumlardan eləcədə imkanlı şəxslərdən dəstək gözlədiyini söylədi.
Qeyd edək ki, qeyri-hockin limfoması xəstəliyindən əziyyət cəkən zabitə sümük iliyi köcürülməlidir. Ordu sıralarından təxris edildikdən sonra Milli Ankologiya Mərkəzində kimyəvi müalicə alan zabitə sümük iliyi köcürülməsi məsləhət görülərək müalicəsi dayandırılıb. Xatırladaq ki, zabitin anası oğlunun xaricdə müalicəsi üçün millət vəkillərini də onlara dəstək verməyə səsləyib.
Hesab nömrəsi
Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Sumqayıt filialı SWIFT code: IBAZAZ2X
Bankın ünvanı: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, S. Vurğun küc,.112,14-cü məhəllə
Kod 805658
VÖEN:9900001881
Müxbir hesabı:AZ03NABZ01350100000000002944
Swift Kodu: İBAZAZ2X
Benefisairanın adı: Kazımov Rasim Rafiq
Benefisiarın hesablaşma hesabı: 33881019442805746213
Zabitin anasının əlaqə nömrəsi: Kazımova Şərafət (055) 369-46-78
Məsələ ilə bağlı nazirliyin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər