Vasif Turanın uşaqları ilə bağlı istintaq nə yerdədir?
6-06-2012, 00:25
Oxunub: 5 550
Respublika Prokurorluğu: “Hal-hazırda cinayət işi davam edir və şübhəli şəxslərin dindirilməsi və üzləşməsi obyektiv formada aparılır”
Bu sözləri Respublika Prokurorluğunun mətbuat xidməti Xalqxeber.info saytına bildirib. 2011-ci il oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən Bolgexeber.com sayıtının baş redaktoru Vasif Turanın Respublika Baş Prokurorluğana müraciətindən sonra hadisənin istintaq işi Fövqəladə Hallar Nazirliyindən alıınaraq araşdırılması üçün Respublika Prokurorluğuna həvalə olundu.
Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, hələ bir nəticə yoxdur. Xüsusilə qeyd edək ki, cinayət işinin uzun müddət FHN-nin istintaq idarəsində qalması və qeyri-obyektiv araşdırılması bir daha bunu sübut etdir. İşin qısa müddət ərzində Respublika Baş Prokurorluğuna alınıb verilməsindən sonra operativ olaraq cinayət işinin araşdırılmasına başlanıldı. Belə ki, Vasif Turanın şübhələndiyi şəxslər istintaqa cəlb olundu. Bu da onu göstərir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən cinayət işi düzgün araşdırılmayıb.
Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirdilər ki, hal-hazırda cinayət işi davam edir və şübhəli şəxslərin dindirilməsi və üzləşməsi obyektiv formada aparılır. “Biz Vasif Turanı məsələ ilə bağlı dəfələrlə Respublika Baş Prokurorluğuna dəvət edərək dinləmişik və əlimizdə olan imkanlardan istifadə edərək yardımcı olacağımıza söz vermişik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər