Nazim İbrahimov : Bu qətl sifarişlə olub
5-07-2012, 17:10
Oxunub: 5 979
“Belə qətl hadisələri Azərbaycanın diaspor nümayəndələrini, onların rəhbərlərini qorxutmamalıdır”
“Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Ukraynada sifarişli şəkildə qətlə yetirilib”. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. “Biz hüquq mühafizə orqanı deyilik, lakin orada hüquq-mühafizə orqanlarının bu məsələyə məsuliyyətlə yanaşması üçün səy göstəririk, onlara lazım olan köməyi göstəririk”.
Komitə sədri bildirib ki, bütün diaspor üzvləri gördükləri işlərdə, öz fəaliyyətlərində diqqətli olmalıdırlar: “Əvvəlki illərdən fərqli olaraq artıq xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti tək yaşadıqları şəhər, yerli ictimaiyyət tərəfindən deyil, həmin ölkələrin ali rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Bəzi ölkələrdə azərbaycanlılara qarşı böyük qısqanclıq var”.
Onun sözlərinə görə, bundan sonra azərbaycanlılar daha diqqətli olmalıdırlar. “Belə qətl hadisələri Azərbaycanın diaspor nümayəndələrini, onların rəhbərlərini qorxutmamalıdır. Bəzən hansısa diaspor rəhbərinə qarşı təxribat törədilir ki, gələcəkdə diaspor işinə gəlmək istəyənləri qorxutsunlar. Lakin diaspor fəaliyyəti Azərbaycan üçün görülən bir işdir və həmvətənlərimiz daha mətin olmalıdırlar, azərbaycançılıq yönümündə fəaliyyətlərini daha da genişləndirməlidirlər”. /Trend/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər