Daha bir məmurun korrupsiya əməlləri ifşa olundu
30-07-2012, 20:55
Oxunub: 6 453
Beyləqan Qaz istismar sahəsinin rəisi barədə cinayət işi açılıb
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1.500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4.095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər