BolgeXeber.Com » Müsahibə-Reportaj » “İranı SSRİ-nin aqibəti gözləyir”

“İranı SSRİ-nin aqibəti gözləyir”

1-08-2012, 15:00
Oxunub: 5 799 Rasim Musabəyov: “Ölkədə islahatlardan biri də Azərbaycan dilinin rəsmiləşdirilməsi olacaq”

Milli Məclisin Beynəlxalq Münaqibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, politoloq Rasim Musabəyov “Üç nöqtə”yə Suriya, İran və ümumiyyətlə bölgədə gedən proseslərə dair müsahibə verib:

- Rasim müəllim, artıq Suriyada vəziyyət o həddə çatıb ki, Bəşər Əsədin yaxın zamanda hakimiyyətdən gedəcəyi kimsədə şübhə doğurmur. Belə olduğu halda, bölgədəki prosesləri sonrakı mərhələdə necə proqnozlaşdırmaq olar?

- Bəli, artıq Əsəd rejiminin yaxın zamanda hakimiyyətdən gedəcəyi şübhə doğurmur. Bu, qaçılmazdır, hətta rejimi müdafiə edənlər də etiraf edirlər ki, Bəşər Əsədin getməsinin vaxtı çatıb. Lakin onun getməsindən sonra, Suriyada sabitliyin qısa müddətdə bərqərar olunacağını və mərkəzləşmiş bir dövlətin yaradılacağını proqnozlaşdırmaq çətindir. Suriyada cəmiyyətin yükünü çəkmək üçün mütəşəkkil qüvvədə yoxdur. Fikrimcə, Suriyada Livandakı kimi anklavlar yaranacaq. Ölkədə 10 faiz ələvilər var, onlar da qüvvələrini Latakiyada toplayıblar və düşünürəm ki, Əsəd məhz Latakiyaya çəkiləcək. Şimalda da kürdlər 15 faiz əraziyə nəzarət edirlər. Qarşıdurmalar da, hələ uzun müddət davam edəcək. Əgər kimsə düşünürsə ki, Əsədin getməsi ilə sabitlik bərqərar olunacaq, yanılır. Livan və İraqdakı vəziyyətdən də pisi Suriyada gözlənilir.
O ki qaldı regiondakı proseslərə, İranın Suriya kimi müttəfiqi itirməsi, onun vəziyyətini daha da ağırlaşdırır. İraqda müdaxilədən sorna yaranan rejimlə İranın problemi yoxdur. Yeni hakimiyyət Səddam Hüseynindən fərli olaraq İranla dialoqa meyyllidir. Lakin Suriya məsələsinin həllindın sonra nəzərlər İrana yönəlir, nüvə pqroqramı məsələsi ilə bağlı gərginlik azalmır. Odur ki, İran öz nüvə proqramı ilə bağlı kompromisə yönəlik konkret addımlar atmasa, regiondakı proseslər sonrakı mərhələdə daha gərgin şəkil ala bilər.

- Son zamanlar İsrailin İrana hücum etməklə bağlı çağırışları intensivləşib. Və bu məsələ ABŞ-da prezident seçkiləri öncəsi səsləndirilən bəyanatlarda da tapır. Bu istiqamətdə ABŞ-dan fərqli addımlar gözləmək olarmı?

- İsrailin çağırışlarına dəstək vermək barədə fikirlər əsasən Romni tərəfindən səsləndirilir. Düşünürəm ki, Romni hakimiyyətə gəlsə, ABŞ-ın İranla bağlı siyasəti daha sərt ola bilər. Əvvəla, nəzərə alaq ki, Romni və Netanyahu şəxsən dostdurlar və uzun müddət bir yerdə işləyiblər. Lap Romni hakimiyyətə gəlməsə belə, İranın yaramaz hərəkətlərinin davam etməsi ona zərbələrin endirilməsini qaçılmaz edəcək. Düşünürəm ki, bu proses müəyyən dinamika ilə baş verəcək və İran rejiminə qarşı yalnız hərbi müdaxilə variantlarından istifadə eidlməyəcək.

- Məsələn, nə kimi addımlar? Siz daxili prosesləri nəzərdə tutursunuz, deyəsən...


- Bəli, İrana qarşı SSRİ-nin çökdürən variantlardan istfiadə olunacaq. Necə ki, Sovet İttifaqını xalqlar arasında mmillətçilik ideologiyasının genişlənməsi oldu, İranı da millətçilik və milli-azadlıq hərəkatlarını stimullaşdırmaqla, sanksiya və təzyiqlərlə daxildən çökdürmək mümkündür. Adətən ideoloji rejimlərə qarşı millətçilik qoyulur.

Amerikalı Konqresmenin Hillari Klintona Şimali və Cənubi Azərbaycanın birləşməsi ilə bağlı yazdığı məktub da, özlüyündə bunu ehtiva edir və İranda millətçi tərpənişlərin baş tutmasına hesablanıb. Eləcə də, kürdlərlə bağlı müəyyən addımlar gözlənilə bilər. Onlar da bu rejimdən ən çox narazı olan və İranın parçalanmasında daha çox maraqlı olan etnik qruplardandır.

- Cənubi Azərbaycanın müstəqillik qazanması və Azərbaycanın birləşməsi məsələsi, yəni Qərbdə o qədər aktualdır? Qarabağ məsələsində qəti bir addım atmayan Qərbin güney məsələsində bizim xeyrimizə hansısa addım atacağını gözləyirsinizmi?


- Əvvəla, inanmıram ki, Azərbaycanın regionda güclü bir dövlətə çevrilməsi kiminsə marağında ola bilər. Digər tərəfdən, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına meylin və qərbləşməyə marağın güclü olduğunu hesab etmirəm. Əksinə, geneyli soydaşlarımız mühafizəkarlığı ilə daha çox fərlqənirlər. İrandakı azərbaycanlılara nisbətən, farslar daha çox Qərbə meyllidirlər. İranda yüksk vəzifələrdə də azərbaycanlılardır. Dini liderl azərbaycanlıdır, hərbi dairələr arasında da soydaşlarımız kifayət qədərdir.

Lakin azərbaycanlılar İranda millət olaraq yox, fərd olaraq möhkəmləniblər. Yəni millətin dili və mədəniyyətinin qorunması, hüquqların tanınması istiqamətində br irəliləyiş yoxdur. Orada “azlıq” anlayışı yalnız dini baxımdan başa düşülür və ermənilərə, digər xristian toplumlara, eləcə də sünni kürdlərə qarşı ümnasibətdə hansısa fərqdən söhbət gedə bilər.

Düşünmürəm ki, İranda yaşayan azərbaycanlılar İslam quruluşun dağılmasında və ya İranın parçalanmasında maraqlı olsunlar, onlar İranı daha çox özlərinki bilirlər. Lakin ola bilər ki, gələcəkdə İran azərbaycanlı-fars dövlətinə çevrilsin və bizim dilimiz də, rəsmi dövlət kimi qəbul edilsin. Bu, İrandakı vəziyyətə də təsir göstərəcək. Hər halda, İran rejimində də bəzi şəxsləri yaranmış vəziyyət narahat edir, hesab edirəm ki, müəyyən çıxış yolları, islahatlar barədə müzakirələr gedir. İstənilən halda, İran islahatlar olmadan daha tez çökməyə məhkumdur. Və İrandakı vacib islahatlardan biri də, Azərbaycan dilinin rəsmiləşdirilməsi olacaq.

- Amerikanın regionla bağlı siyasətindən danışarkən, demokratların taktikası diqqəti çəkir. Buşun müdaxilə taktikası Obamanın dövründə fərqli şəkildə müşahidə olundu. Hakimiyyətdə qalacaqları təqdirdə, İranla bağlı demokratlardan hansı yeni yanaşmalar gözləmək olar?

- Bəziləri düşünür ki, Amerikada bir qrup adam oturub və istədiyi ölkəni istədiyi kimi çökdürür. Belə deyil. Əslində Amerikada vaxtında anladılar ki, istədiyin ölkəyə müdaxilə etmək və istədiyin kimi də dəyişmək mümkün deyil. ABŞ İraqa 500 milyard dollardan çox pul xərclədi. Nəyə nail oldu? İndi ABŞ məsələlərə nisbətən fərqli yanaşır. Amerikanın hazırkı siyasəti bundan ibarətdir ki, proseslərə kənardan nəzarət edir və bəzi mühüm nöqtələrdən tutaraq öz dividentlərini də təmin edir. ABŞ-ın diktatura rejimlərini dəstəkləməsi bu ökələrdə anti-amerika münasibəti yaradırdı. Ona görə də, bu rejimləri qurban verdi.

Tunisdə də, Misirdə də, Liviyada da hakimiyyətə islamçılar gəldi. Misirdə iş o yerə gəlib çatıb ki, yeni hakimiyyət Kemp-Devid sazişini ləğv etməyə hazırlaşırlar. Əslində ABŞ bu ölkələrdəki yeni qüvvələrlə ehtiyatlı davranır. Qərbdə xristian sivilizasiyanına söykənən demokratiya olduğu kimi, Şərqdə də demokratik hərəkatda İslam kökləri özünü göstərdi. Necə ki, Türkiyədə yüz il boyunca gedən qərbləşmə prosesi ordunun nəzarəti bir az əldən verməsi ilə tamam başqa istiqamətə yönəldi, digər Şərq ölkələrində də bu baş verir. Hesab edirəm ki, zamanla demokratikləşmə prosesi də yaranacaq və buna zərurət də hiss olunacaq. Güclü və mərkəzi rejimlər isə uzun müddət bu regiondakı dövlətlərdə gözlənilmir.
İranda isə millətçilik vasitəsindən istfiadə olunacaq, bu, İranda islahatların getməsinə rəvac verəcək. İran üçün başqa yolu da yoxdur.

- Azərbaycanın İranla münasibətləri barədə nəd eyə bilərsiniz? Prezidentin avqust ayınd aİRana səfəri də gözlənilir.Qoşulmamaq hərəkatının smamiti çərçivəsində, iki ölkə arasındakı münasibətlərlə bağlı da, ikitrəfəli görüşlər keçirilə və razılaşma əldə oluna bilərmi?

- Hələ, prezidentin İrana gedəcəyi də sual altındadır. Bu məsələdə mən Azərbaycan prezidentindən sərt cavab addımı gözləyirəm. Əgər şairlərlə bağlı məsələ öz həllini tapmasa, İlham Əliyev İrana səfərdən imtina edə bilər. Nəinki Azərbaycan, hətta bir neçə dövlət başçısının da Tehrana gedəcəyi şübhə doğrurur. Fikrimcə, İranla münasibətlər gərgin olaraq qalır, təhlükəyə doğru cəmi bir addım qalıb. Geriyə bir addım atmaq olar, onuy da İran atmalıdır. Təəssüflər olsun ki, İrandan hələ heç bir şey gözlənilmir.

Əvvəlcə İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı səsləndirildi, indi isə İrana qeyri-qanuni səfər ittihamı var. Əgər belə idisə, onları niyə ölkəyə buraxırdılar? Halbuki İrana Azərbaycandan vizasız getmək imkanı var. Düşünürəm ki, İran öz əməllərinə bəraət qazandırmaq üçün bəhanəa axtarır. Əgər Tehranda bu münasibətləri qaydasna salmaq istəsələr, prezidentin səfərinə qədər şairlərin məsələsi həllini tapmalıdır. Əks təqdirdə, Azərbaycan prezidenti o sammitə qatılmayacaq. Və bununla da, dövlət başçısı səviyyəsində İrana öz etirazımızı və durumun nə yerdə olduğunu bildirmiş olacağıq.

Rüfət Əhmədzadə