Biləcəridə "Tumurcuq" kimi pul yığımı
17-10-2012, 00:15
Oxunub: 6 440
297 saylı orta məktəbin direktoru deyir ki, qəzet satışı barədə tapşırığı Misir Mərdanov verib
Bakının bəzi orta məktəblərində şagirdlərə məcburi qaydada qəzet satılır. Bu barədə Bolgexeber.com-a valideynlər məlumat veriblə.
Onlar bildiriblər ki, məktəb direktorlarının tapşırığı əsasında həyata keçirilən satış prosesinə görə, hər şagirddən 50 qəpik tələb olunur. Ən acınacaqlı hal isə Biləcəri qəsəbəsində yerləşən 297 saylı orta məktəbdədir.
Valideynlər Bolgexeber.com-a bildiriblər ki, bu məktəbdə şagirdlərə satılan "Tumurcuq" qəzeti üçün yığılan pul daha aqressiv formada həyata keçirilir. Belə ki, məktəb direktoru qəzeti almayanları məktəbdən çıxaracağı və ya aşağı qiymət yazacağı ilə hədələyir. "Tumurcuq"un "alıcıları" aşağı sinif şagirdləri olduğundan onlara edilən hədələrdən bərk qorxuya düşürlər.
Valideynlər deyirlər ki, balacaların şüuruna pis təsir göstərən və onların həyacanlanmasına səbəb olan bu cür hədələri yığışdırmaq lazımdır. Onlar deyirlər ki, 297 saylı məktəbin direktoru iddia edir ki, "Tumurcuq"un satışı barədə göstərişi birbaşa Misir Mərdanov verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər