BolgeXeber.Com » Müsahibə-Reportaj » DİN-dən Sabirabad DYP-i ilə bağlı açıqlama

DİN-dən Sabirabad DYP-i ilə bağlı açıqlama

18-10-2012, 22:10
Oxunub: 5 494 DİN rəsmisi ittihamları əsassız sayır

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Sabirabad rayonunun Ulacalı kənd sakini Xaləddin Hüseynovun şikayət məktubuna istinadən "Sabirabad DYP-də qeyri-adi icad" başlıqlı yazıda RPŞ DYP bölməsinin rəhbərliyi və bəzi əməkdaşlarının ünvanına səslənmiş ittihamları əsassız, qərəzli və şantaj xarakterli olduğunu bildirib: "Bu il oktyabrın 11-də Sabirabad RPŞ DYP bölməsinin əməkdaşları şəhərin mərkəzi hissəsində xidmət apararkən 63 BB 401 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobili saxlamış və sürücüdən sənədləri təqdim etməyi xahiş etmişlər. Bu zaman məlum olmuşdur ki, sükan arxasında olan Hüseynov Zamiq Xaləddin oğlu atasına məxsus nəqliyyat vasitəsini bunun üçün tələb olunan sənədsiz, yəni sürücülük vəsiqəsi olmadan idarə edir. Bu kobud qayda pozuntusu yol polisi əməkdaşları tərəfindən dərhal sənədləşdirilmişdir.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq sözügedən nəqliyyat vasitəsinin sahibi Xaləddin Hüseynov və atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə isə Zamiq Hüseynov cərimə olunmuş, "VAZ-21099" markalı avtomobil isə cərimə meydançasına aparılmışdır. Öz xidməti vəzifələrini icra edən DYP əməkdaşlarının prinsipiallığını, DYPB rəisinə etdiyi qanunsuz tələblərin yerinə yetirilmədiyini görən Xaləddin Hüseynov təəssüf ki, açıq şantaj və böhtan yolunu seçmiş, inzibati xəta törətmiş oğlunun əməlini qınamaq əvəzinə, öz qanuni vəzifələrini yerinə yetirən DYP əməkdaşlarını hədəf seçmişdir ki, bu da yolverilməzdir. Cərimə meydançasına aparılarkən avtomobilinin sürət qutusunun guya yol polisi əməkdaşları tərəfindən sıradan çıxarılması barədə X. Hüseynovun iddiaları da digər fikirləri kimi əsassızdır, bu isə onun yol polisinə qarşı açıq-aşkar qərəzindən və qeyri-obyektivliyindən irəli gəlir".