DİN: Qaraçuxurda atışma olmayib
19-10-2012, 09:35
Oxunub: 7 450
Bakıda keçirilən xüsusi əməliyyata rəsmi münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, bəzi mətbuat orqanlarında əməliyyat zamanı atışma baş verməsi, nəticədə ölən və yaralananların olması barədə məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, ötən gün saat 21.00 radələrində hüquq-mühafizə orqanları Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi avtoritetlər saxlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər