Bakının mərkəzində otel plana düşdü
30-10-2012, 14:15
Oxunub: 6 467
Paytaxtın mərkəzində, Səməd Vurğun bağı ilə üzbəüzdə yerləşən 12 mərtəbəli “Bakı” oteli sökülür. Onun yerində müasir tələblərə cavab verəcək yeni otel tikiləcək.
Yeni bina tikilməsi barədə qərar 6 il əvvəl qəbul edilib, amma maliyyə problemləri üzündən həyata keçirilməyib, deyə “Mehmanxana Bakı” ASC-nin İH sədri Xanlar Abbasov Turan-a bildirib. Onun sözlərinə görə, layihə üçün investisiya cəlb edilərkən minoritar səhmdarların (168 fiziki şəxs) hüquqları pozulmayacaq. Müşahidə Şurasında təmsil olunan majoritar səhmdarlar səhmlərini satmaq istəyənlərdən onları müqavilə qiyməti ilə almaq niyyətindədirlər. Qalan səhmdarlar təsərrüfat fəaliyyətindən dividend əldə edəcəklər.
“Mehmanxana Bakı” 1998-ci ildə çek hərracı ilə özəlləşdirilib. Dövriyyədə nominalı 2 manat olan 800 min səhm var.
Əvvəlki illərdə Bakıda söəhmləşdirmə metodu ilə “Moskva”, “Azərbaycan”, “Cənub”, “Köhnə inturist”, “Şərq” və s. otellər özəlləşdirilib. İlk iki otelin yerində “Baku Fires” və “Hilton Hotel Baku” otel və biznes mərkəzləri tikilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər