BolgeXeber.Com » Müsahibə-Reportaj » “Elçibəyin ailəsinin razı olub olmamasının əhəmiyyəti yoxdur”

“Elçibəyin ailəsinin razı olub olmamasının əhəmiyyəti yoxdur”

31-10-2012, 15:20
Oxunub: 4 963
İqbal Ağazadə Elçibəyin qəbrinin açılmasına tərəfdar imiş

"Qəbir mütləq açılmalıdır, ailə üzvlərinin razı olub-olmamaqlarının heç bir əhəmiyyəti yoxdur"

Ümüd Partiyasının sədri,deputat İqbal Ağazadə Milli Azadlıq Hərəkatının lideri, mərhum Əbulfəz Elçibəyin qəbrinin açılmasına tərəfdar imiş.

Bu fikiri deputat xalqxeber.info saytına açıqlamasında deyib:" İddia var ki, Əbülfəz Elçibəy zəhərlənib. Əgər prokurorluq və ibtidai istintaqı həyata keçirən müstəntiq qənaətə gəlsə zəhərlənmə elementi var, o zaman qəbir mütləq açılmalıdır. Ailə üzvlərinin qanunda razı olub-olmamaqlarının heç bir əhəmiyyəti yoxdur. Mən ailə üzvü olaraq digər ailə üzvümü öldürə bilərəm və sonra deyə bilərəm ki, ailə üzvüyəm qəbrin açılmaına icazə vermirəm. Hüquqda belə bir icazə anlayışı yoxdur. İcazəni yalnızca hüquq verir. Əbülfəz Elçibəy haqqında bu iddia varsa, bu iddianın təsdiq olub-olmamasını ekuskumasiya həll edəcəksə bunu hüquq edəcək. Digərlərinin rəyi məsələni həll etmir yalnızca hüquq.

Ortada cinayət faktı var. Doğruluğunu hüquq aydınlaşdıracaq. Siz Əbülfəz Elçibəyin öz əcəli ilə ölməsini və yaxud da zəhərlənib öldürülməsini öyrənmək istəmirsinizmi. Qoyun açsınlarda bunun müxalifətə nə dəxli var. Açsınlar və desinlər ki, belə bir şey var və yaxud yoxdur. Hə, hakimiyyət bundan siyasi məqsəd üçün istifadə edəcəksə o zaman hakimiyyətin qeyri peşəkarlığından irəli gəlir. Müxalifət də bundan istifadə eləsin və desinki görürsünüz bu hakimiyyət meyitdən öz rəqiblərinə qarşı istifadə edir. Amma hüququn qarşısına keçməyi niyə düşünürsünüz. Müxalifət çeşidli-çeşidli bəyanatlar səsləndirir. “Yox qəbir açılmamalıdır” fikirlərini səsləndirirlər. Kimsiniz və mən kiməm o barədə qərar verəm. Bununla bağlı məhkəmə qərar verə bilər. Yalnız prokurorun gəldiyi qənaət nəticəsində məhkəmə ekuskumasiya qərar qəbul edə bilər. Biz hüquqi dövlət arzulayırıq amma hüququn qarşısına keçirik. Mən müxalifətin bu münasibətini qəbul etmirəm"