"Rəsul Quliyevin seçkilərdə iştirakı sual altındadır"
1-11-2012, 13:55
Oxunub: 6 519
Rəbiyyət Aslanova: O, siyasi cəhətdən tükənmiş, bitmiş bir insandır”
Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Azərbaycanda hakimiyyətə gəlmək məqsədilə Rusiyadan dəstək almaq və həmin ölkənin prezidenti ilə görüşmək cəhdində bulunması ilə bağlı mətbuatda yer alan məlumatlara münasibətini bildirərkən dilə gətirib.
“Onun hakimiyyətə gəlməsi bir tərəfə qalsın, seçkilərdə iştirakı belə sual altındadır”-deyən, R.Aslanovanın sözlərinə görə, əslində bu cür məlumatları dövriyyəyə buraxanlar və onların ictimailəşməsində maraqlı olanlar bununla hansısa uğura nail olacaqlarını düşünürlərsə, ciddi şəkildə səhvə yol verirlər və yanılırlar:
“İndi Azərbaycan ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəlləri olan bir ölkə deyil. İnsanlarımız da ötən illər ərzində siyasi cəhətdən yetkinləşib, müdrikləşiblər. Onlar artıq nəyin nə, kimin kim olduğunu gözəl bilirlər, ağı qaradan seçməyi bacarırlar. İndi artıq xalqımızı hansısa quru vədlərlə, bayağı şüarlarla, ucuz bəyanatlarla, açıqlamalarla nəyə isə inandırmaq mümkün deyil, bu dövr çoxdan ötüb-keçib, arxada qalıb”.
R.Aslanova bildirib ki, seçki məsələsi Azərbaycan xalqının və dövlətinin öz daxili işidir, heç kim onun daxili işinə, seçiminə müdaxilə edə bilməz: “Eyni zamanda, Azərbaycanla qonşu Rusiya arasında strateji müttəfiqlik münasibətlərinə söykənən hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Münasibətlərin bu cür yüksək səviyyəyə gəlib çıxmasında da mərhum dövlət başçımız Heydər Əliyevin, onun kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xidmətləri müstəsnadır, danılmazdır.
Bu gün eyni zamanda, iki dövlətin başçıları arasında çox gözəl dostluq münasibətlər var , hər iki ölkə və xalq da bu münasibətlərdən faydalanmaqdadır. Ona görə hesab edirəm ki, dost və qonşu bir dövlət kimi Rusiya da Azərbaycanın daxili işlərinə qarışmayıb və bundan sonra da qarışmayacaq. Ümumiyyətlə, heç bir dövlət Azərbaycanın daxili işlərinə, Azərbaycan xalqının seçiminə qarışa , müdaxilə edə bilməz və heç bu iqtidarda da deyillər. Odur ki, indi kimlərsə yenidən boş yerə zəhmət çəkib boş xəyallara qapılmasınlar, “bəlkə də qaytardılar” xülyası ilə yaşamasınlar...”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər