Elşad Abdullayevin binasi talan olunub
1-11-2012, 18:05
Oxunub: 5 691
Rektoru mühacirətdə olan Azərbaycan Beynəlxalq Universiteti hələ də fəaliyyətdədir.
Təhsil müəssisəsinin binası açıqdır və indiyə qədər diplomunu ala bilməyən məzunların gedişi – gəlişi davam edir. Sənədləşmə işlərində problemi olan məzunlar həftənin tək günləri qəbul şöbəsinə müraciət edirlər. Daşı daş üstünə qoyulmayan ABU-da hazırda yalnız texniki işçilər qalıb.
Gunxeber.com-un əməkdaşı ABU-nin binasında olub və öyrənib ki, sabah qəbul günüdür. ABU-da qalan tək-tük texniki işçilərin əmək haqqını isə Təhsil Nazirliyi verir. Eyni zamanda universitetin binasını mühafizə edənlər də var. Onlar içəriyə hər adamı buraxmırlar. Universitetin yerləşdiyi küçənin adı da dəyişdirilib. Əvvəllər Xarici dairəvi küçəsi adlana bu massiv indi qazax xalq yazıçısı Abay İbrahim Kunanbayulinin adını daşıyır. Universitetin mühafizəçilərindən biri söylədi ki, ali məktəbin həyətinin bir hissəsi çoxdan alınıb və ərazidə metro deposu inşa olunur.
Universitetin binasına həbs qoyulması xəbərini təkzib edən mühafizəçinin sözlərinə görə, bina satışa çıxarılıb. Universitetin içində isə heç bir avadanlıq qalmayıb. Bütün əmlak müsadirə olunub və ABU boşaldılıb. Yalnız məzunların sənədləri qalıb. Binaya isə ürək edib yaxınlaşan olmayıb. Yəni, ABU-nin binasını almaq istəyən yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər