BolgeXeber.Com » Müsahibə-Reportaj » Xətai DYP-si hansı prinsiplərlə işləyir?

Xətai DYP-si hansı prinsiplərlə işləyir?

22-01-2013, 11:25
Oxunub: 6 016 Nədən Bakıya bir dəfə gələn şəxs bir daha gəlmək zorundadir?

Redaksiyamıza Dövlət Yol polisi ilə bağlı şikayət məktubu daxil olub. Bolgexeber.com-a məktubla müraciət edən Masallı rayon sakini Abiyev Cəlal Hamlet oğlu Xətai DYP-dən şikayətçidir.

Şikayətçi vətəndaşın bildirdiyinə görə o bir müddət öncə Xətai rayon DYP-dən Hikmət adlı kapitanıona zəng edərək (012 3707545 telefon vasitəsi ilə) onun sürət həddini aşması ilə bağlı Xətai DYP-sinə, 7 saylı otağa dəvət edib. DYP əməkdaşının vətəndaşa bildirdiyinə görə o Nobel prospektində norma sürət saatda 60 km olduğu halda 92 kmsaat sürətlə “radara” düşüb. Daha sonra Hikmət adlı DYP əməkdaşı ona bildirib ki, sənin cərimən 100 manat və 2 bal nəzərdə tutulub. “Ama sən gəl bura yoluna qoyarıq” deyə kapitan onun Xətai DYP-ə gəlməyi ən uğurlu yol kimi göstərib.

Şikayətçinin bildirdiyinə və əməkdaşlarımızın müşahidələrinə görə Nobel prospektində sürət həddi ilə bağlı hər hansı bir nişan qoyulmadığı halda yolun sürət həddinin saatda 60 km olmasını sürücü necə müyənləşdirməlidir? İklinci məqam ondan ibarətdir ki, əgər hər hansı sürücü “radara” düşürsə, o niyə məhz DYP-yə dəvət olunur? Bundan əlavə olaraq hansısa vətəndaş ömründə bir dəfə Bakıya qonaq gəlir və “radara” düşür. Bu o deməkdirmi ki, o ikinci dəfə də məcburi qaydada “qonaq” gəlməlidir?

Təbii ki, bu suallara ancaq Xətai DYP-si cavab verə bilər. Çünki bu rayonun DYP-nin iş prinsipi belədir.