YAP-çı deputat Kəbirə Məmmədovanı günahlandırdı
23-01-2013, 09:50
Oxunub: 6 388
“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın adıçəkilən ticarət mərkəzində çalışan icarədarlara qarşı qanunsuzluqlarına etiraz edən deputatların sayı artır.
Moderator.az-ın xəbərinə görə, millət vəkilləri Fazil Mustafa və Azay Quliyevin ardından daha bir deputat - Aydın Mirzəzadə də Kəbirə Məmmədovaya etiraz edib. YAP-çı deputat özünün Facebook səhifəsində bununla bağlı status yazıb: "Bu, siyasi aksiya deyil, əmək münaqişəsidir və çox ciddi münaqişədir. Xırda sahibkar cəmiyyətin əsasını təşkil edir. Təəssüf edirəm ki, "Binə" Ticarət Mərkəzinin sahibkarı icarədarlarla dil tapa bilməyib”.
Deputat statusunda daha sonra bunları qeyd edib: “Bu baxımdan, hesab edirəm ki, əmək münaqişəsinin səbəbkarı ticarət mərkəzinin rəhbərliyidir. Məsələni bu həddə çatdırmamalıydı. Bu hadisə ictimaiyyətin diqqətindən kənarda qala bilməz. Müəyyən müxalif qüvvələr, xüsusilə də radikal müxalifət istənilən məsələni siyasiləşdirməyə çalışır. Onlar istənilən məsələ ilə bağlı narazılığı hakimiyyətə qarşı çevirməyə, öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma bu, onlarda alınmır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər