Ceyhun Qubadovun anası mətbuata müraciət etdi
26-01-2013, 11:00
Oxunub: 6 260
Bir müddət əvvəl hərbi xidmətdə vəfat edən Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun anası növbəti dəfə ictimaiyyətə və mətbuata müraciət edib.
Bolgexeber.com-un verdiyi xəbərə görə Samirə Qubadova bildirib ki, o, oğlu Ceyhun Qubadovun meyitinin fotolarının mətbuat səhifələrində və internetdə yayılmasının əleyhinədir: “Ailəmizdə baş vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar bizə dəstək olan hər bir mətbuat orqanına təşəkkür edirəm. Lakin oğlumun meyitinin şəkillərinin mətbuatda və internetdə tez-tez nümayiş etdirilməsi bir ana kimi məni çox üzür. Buna görə də bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək həmin fotonun mətbuat və internet səhifələrindən yığışdırılmasını xahiş edirəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun yanvarın 7-də qəflətən vəfat edib. Ailəsi onun döyülərək öldüyünü iddia edir. Əsgərin ölümü ilə bağlı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müqəddəs Qurbanov və mərhum əsgərin bölük komandiri olmuş baş leytenant Veysəl Ağayev həbs edilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər