BolgeXeber.Com » Müsahibə-Reportaj » Qazax Müəllimlər İnstitutunda diplom "oyunbazlığı" - ŞİKAYƏT

Qazax Müəllimlər İnstitutunda diplom "oyunbazlığı" - ŞİKAYƏT

29-01-2013, 12:10
Oxunub: 7 715 “Sizə söz verirəm ki, məsəsləni fevralın 1-nə qədər həll edcəyik”

Redaksiyamıza Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş rəhbəri, dosent İsa Veysovun saxta diplomlar paylaması bardə şikayət daxil olub. Şikayət məktubunda iddia olunur ki, İ.Veysov özünün qəbul etdiyi tələbələrin adını sadəcə cib dəftəçəsinə yazıb və onlra tövsiyyə edirmiş ki, dərsə gəlməsinlər. Çünki, qrupda qanunla 10 nəfər təhsil almalıdır. Direktor 11-12 tələbənin ğözə görünməsini istəmirmiş.

Şikayət məktubunda qeyd olunur ki, saxta diplom satışı ilə Veysovun özündən başqa oğlu Veys Veysov da məşğul olurmuş. O, Ağstafa rayon polis şöbəsinin zabitidir.

Məktubun müəllifi Pərvin Bayramovanın sözlərinə görə, 2006-cı ildə müəllimlər institutunun Qazax filialının ibtidai metodika fakültəsinə İsa Veysovun əli ilə qəbul olunub. 2011-ci ildə institutu bitirməyinə baxmayaraq, hələ də diplom ala bilməyib: “Diplomun pulu da oğlu Veysə verilib. 1300 manat pul alıb məndən. Diplomumu istədikdə isə, mənə hər dəfə deyirlər ki, “diplomun hələ gəlməyib”.

P.Bayramova əlaqədar qurumlardan xahiş edir ki, məsləyə müdaxilə edib ona kömək etsinlər.
Biz şikayət ərizəsilə bağlı İsa Veysovun özü ilə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, keçmiş direktorun nömrəsinə zəng çatmadı. Əməkdaşımız onun müavini olmuş, hazırda həmin filialda müəllim kimi çalışan Alı Sofiyevlə əlaqə saxlayıb. O əvvəlcə məsələdən məlumatlı olmadığını desə də, sonrakı zəngimizdə P.Bayramova adlı şikayətçini tanıdığını və onunla bağlı probem yarandığını etiraf edib. A.Sofiyev bildirib ki, fevralın 1-nə qədər P.Bayramovanın məsələsi həll olunacaq: “Mən sizə söz verirəm ki, uzağı fevralın 1-nə qədər onun məsləsini həll edəcəyik”. Lakin o, “məsələni həll edəcəyik” deyəndə konkret nəyi nəzərdə tutuduğunu açıqlamayıb.
Mövzunu diqqətdə saxlayacağıq.